24 yaşlı “Vikipediya”...
15.01.2025 [08:34]
Axtarış üçün üz tutduğumuz ilk ünvan!
Dinamik, sürətlə inkişaf edən yüksək texnologiyalar əsrində yaşayırıq. Hazırda bütün dünyada informasiyaların əldə olunması üçün müxtəlif vasitələrdən istifadə etmək insanların həyat tərzinə çevrilib. Həmin vasitələrdən biri, hətta ən önəmlisi “Vikipediya” adlı elektron ensiklopediyadır.
Vaxtaşırı burada olan məlumatdan yararlanırıq. Bəllidir ki, bu gün internet üzərində hər hansı bir məlumat axtaran zaman ilk müraciət etdiyimiz ünvan məhz “Vikipediya”dır.
Qeyd edək ki, layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və “Bomis” kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar.
Nupediya virtual ensiklopediyası 2000-ci ilin mart ayından fəaliyyətə başlayıb. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyaya məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabrında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.
Nupediya ensiklopediyası əsasında yaradılmış “Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də internetdə fəaliyyət göstərməyə başlayıb. Qısa müddət ərzində isə internetin ən populyar layihələrindən birinə çevrilib. Nupediyadan fərqli olaraq “Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.
2002-ci il yanvarın 13-də isə “Vikipediya”nın Azərbaycan dilində bölməsi yaranıb. Geridə qalan illər ərzində Azərbaycan dilində “Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Son statistikalar da bunun bariz nümunəsidir. Son illər “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 34 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
Bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. Belə ki, alexa.com-un açıqladığı statistikaya əsasən, dünyada və ölkəmizdə ən çox daxil olunan 5-ci saytdır. Bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir.
Yeri gəlmişkən, yanvarın 15-i Beynəlxalq Vikipediya Günü kimi qeyd edilir. Bu il “Vikipediya”nın yaradılmasının 24 ili tamam olur. Şagirddən müəllimə, böyükdən kiçiyə, mübahisə edənlər, dünya görüşünü genişləndirənlər, qısacası hər kəs bu “çeşmə”dən az-çox su içir. “Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

