Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Bakıda nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

31.01.2025 [19:32]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakı şəhəri, H.Mirzəyev küçəsində “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində apardıqları yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.

Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0,5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Paylaş:
Baxılıb: 406 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31