1 milyon 100 min vətəndaşın pensiyası artırılıb
07.02.2025 [11:09]
Artımların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə olaraq 534 milyon manat vəsait ayrılacaq
Məlum olduğu kimi Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama əsasən, bütün əmək pensiyalarının artırılması təmin olunacaq. Belə ki, ölkə üzrə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımlar indeksasiya olunmaqla artırılacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq. Həmçinin pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları da artımla əhatə olunacaqlar.
Sığortaolunanların pensiya kapitalı da indeksləşdiriləcək
Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.
Artımın hesablanması formulası belədir: Pensiya məbləği X indeksasiya faizi = artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1 faiz = 44.55. Yəni vətəndaşımızın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.Yaxud, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8,1 faiz = 32,4 manat. Bu halda yeni pensiya məbləği 432,4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.
Pensiya artımları 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq. Artımların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən illik əlavə olaraq 534 milyon manat vəsait ayrılacaq.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, eyni zamanda, ölkə üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsindəki vəsaitlər, yəni pensiya kapitalı məbləğləri də indeksləşdiriləcək. Belə ki, istehlak qiymətləri indeksi ötən il üzrə 2,2 faiz təşkil etdiyindən sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 2025-ci il yanvarın 1-dən etibarən 2,2 faiz indeksləşdirilərək artırılacaq.
“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama uyğun olaraq, bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstərici üzrə, yəni 2024-cü il üzrə orta aylıq əməkhaqqının 8,1 faiz artımı nisbətində indeksləşdiriləcək. Pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçiriləcək.
Bütün pensiyalara edilmiş artımlar fevral ayında təmin olunacaq, həmçinin yanvar ayı üzrə hesablanmış artım məbləğləri də fevarlın pensiyasının üzərinə əlavə olunacaq.
Minimum pensiyalar 280 manatdan 320 manata çatdırılıb
Beləliklə, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam 2025-ci ilu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin uğurla davam etdirilməsinə imkan yaradacaq.
Ölkə üzrə minimum pensiyalar da fevralın 1-dən artımla ödəniləcək. Belə ki, fevralın 1-dən etibarən ölkə üzrə minimum pensiyanın məbləği 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.
Sosial paket çərçivəsində ən əhatəli artımlardan biri minimum aylıq əməkhaqqının məbləğinin 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılmasıdır. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edilməkdədir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılıb. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artırılıb. Beləliklə, 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq minimum əməkhaqqının yeni əmsalları sayəsində ölkə üzrə 700 mindən çox vətəndaşın əmək haqqının artımı təmin olunur.
Müavinət və təqaüdlərin artırılması da təmin olunacaq
Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən, minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə isə 40 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.
Müavinət və təqaüdlərin artırılması isə yaxın aylarda təmin olunacaq. Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17

