Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb
07.02.2025 [21:36]
Ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Aktauda anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi və Mangistau vilayətinin Akimatı tərəfindən təşkil edilib.
Tədbirdə Mangistau vilayətinin akimi Nurdaulet Kılıbay, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı, qəza nəticəsində həlak olmuş qazaxıstanlıların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, xilasetmə işlərində iştirak etmiş qurumların təmsilçiləri və Aktau şəhərinin sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən Mangistau vilayətinin akimi Nurdaulet Kılıbay həlak olanların yaxınlarına başsağlığı verib. Deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə təyyarə qəzasının nəticələrinin aradan qaldırılması və səbəblərinin müəyyən edilməsi, zərərçəkənlərə yardım göstərilməsi üçün hökumət komissiyası yaradılıb. Qazaxıstanın səlahiyyətli orqanları, o cümlədən Mangistau vilayətinin Akimatı faciə günlərində bütün zəruri tədbirləri görüb.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoglanov öz növbəsində bildirib ki, faciə hər kəsin qəlbində dərin iz buraxıb.
“Lakin bu hadisə həm də bizi birləşdirdi. Bir daha bütün dünyaya göstərdi ki, biz qardaş xalqlarıq. Bu, sözdə deyil, əməldə də belə oldu. Biz bunu burada, Aktauda öz gözlərimizlə gördük", - deyə diplomat bildirib.
Səfir qəzadan dərhal sonra zəruri tədbirlər görən və zərərçəkmiş sərnişinlərin xilas olunmasında fəal iştirak edən xilasedicilərə, peşəkar tibbi personala, həmçinin bütün Qazaxıstan vətəndaşlarına dərin minnətdarlığını bildirib.
Diplomat Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə səfirlik adından Amil Yusifova təşəkkürnamə təqdim edib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün ölkələrimiz arasındakı münasibətlər həqiqətən müttəfiqlik xarakteri alıb. O qeyd edib ki, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstan və Azərbaycan Türk dünyasının mühüm aktorları, həmçinin Avrasiya nəqliyyat-logistika arxitekturasının əsas həlqələridir.
A.Bayel Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında dostluq və qardaşlığın faciədən sonra daha da möhkəmləndiyinə dair sözlərini xatırladıb. O, bu kontekstdə deyib ki, Qazaxıstan tərəfi azərbaycanlı iş adamı Amil Yusifovun təyyarə qəzasında həlak olanların ailələrinə yardım göstərmək təklifini minnətdarlıqla qəbul edib.
Mərasimdə iş adamı Amil Yusifov Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində beş ikiotaqlı mənzilin açarlarını qəzada həlak olmuş qazaxıstanlıların yaxınlarına təqdim edib.
Bundan əlavə, iş adamı Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, xəstəxanaya, Aktau şəhərinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31

