Göygöldə 10 kilometrlik avtomobil yolunun təmirinə başlanılıb
22.05.2025 [15:49]
Göygöl rayonunda Göygöl-Topalhəsənli-Şəhriyar avtomobil yolunun 8-ci kilometrindən ayrılan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin icrasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10,2 kilometr olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsi üzrə ilkin olaraq uzunluğu 5,2 kilometr olan Zurnabad-Gəncə qəsəbəsi hissəsində yenidənqurma işlərinə start verilib.
Əsasən çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. IV texniki dərəcəyə uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problemlər aradan qaldırılır. Layihə üzrə yolların eni 9-10 metrə qədər genişləndirilir. Aparılan işlər çərçivəsində hazırda layihənin Zurnabad-Gəncə qəsəbəsi hissəsində torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası aparılır. Bununla yanaşı, layihənin sözügedən hissəsinin 1-ci kilometrində bir aşırımlı olmaqla yeni körpünün tikintisinin də icrası nəzərdə tutulur.
Layihənin 5 kilometr uzunluğa malik Mollacəlilli hissəsi üzrə sözügedən işlərlə yanaşı, səkilərin tikintisi və bərpası, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də nəzərdə tutulur.
Çınqıl və yararsız asfalt örtüklü olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin Mollacəlilli hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulacaq, torpaq yatağının eni 10 metrə qədər genişləndiriləcək. Yenidənqurma işlərinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla sözügedən yollar müasir görkəmdə istifadəyə veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

