Nəqliyyat xidmətlərinin keyfiyyəti və əlçatanlığının artırılması naminə
01.10.2025 [11:47]
İctimai nəqliyyatda tarif dəyişikliyi: yüksək keyfiyyət, müasir standart...
Məlum olduğu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarına əsasən, oktyabrın 1-dən ictimai nəqliyyatda, o cümlədən metroda yeni tariflər təsdiq olunaraq qüvvəyə minir. Tarif dəyişikliyi ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədi daşıyır.Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30 faizini əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gedişhaqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Tarif dəyişikliyini zəruri edən hansı amillərdir?
Dünya bazarında baş vermiş qiymət artımları nəqliyyat şirkətlərinin və daşıyıcıların xərclərini də artırıb, onların göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirləri öz cari xərclərini ödəmir. Faktiki olaraq daşıyışı şirkətlər bir neçə ildir ki, ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sayəsində zərərlə işləyirdi, sərnişindaşımada maya dəyərinə ciddi təsirlər daşıyıcı şirkətlərin maliyyə vəziyyətini pisləşdirmişdi, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi üçün dayanıqlı resurslar yoxdur. Bu amil tarif tənzimlənməsini zəruri edir.
Bundan başqa, nəqliyyat sektorunda tariflərin dəyişməsi əsas etibarilə bazar iqtisadiyyatının tələblərindən meydana çıxan idarəetmə mexanizmlərinin optimallaşdırılması ilə bağlıdır. Belə ki, bazar iqtisadiyyatı şəraitində əsas tələblərdən biri olan rəqabətin təmin olunması və xidmət keyfiyyətinin artırılması başlıca şərtdir və tarif uyğunsuzluqları daim bu sahələrdə çevik idarəetməyə və rentabelli, dayanılqı fəaliyyətə mane olur, xidmət və keyfiyyət amillərini zəiflədir. Bu xarakterik əlamətlər ölkəmizin nəqliyyat sektorunda uzun müddətdir ki, daha çox müşahidə edilir. Belə ki, daşıyıcı şirkətlərin maşın parkının müasirləşdirilməsi, yeni avtobusların alınması, bu sahədə əsaslı təmir və modernizasiya işlərinin aparılması, sərmayə qoyuluşları imkanları məhdud idi. Dövlət tərəfindən nəqliyyat sektoruna yönələn dotasiyalar isə bu sahəni hökumətdən ələbaxımlı vəziyyətə salır, daim subsidiya tələb olunur və daşıyıcı şirkətlərin əsaslı plan əsasında öz layihələrini icra etməsini əngəlləyirdi. Bütün bunları nəzərə alan hökumət tarif dəyişikliklərinə getməyə məcbur idi.
Ekoloji təmiz nəqliyyat parkının qurulması
Bütün bunlarla yanaşı, Azərbaycan şəhər nəqliyyatı arxitekturasını büsbütün yeniləmək qərarındadır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar qoyulub və müvafiq orqanlar bu istiqamətdə mühüm işlər görür. Proqramda, həmçinin Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsi müəyyənləşib.
Həmin prioritetlərə uyğun olaraq, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə ardıcıl tədbirlər görülür ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədi daşıyır.
Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.
Nəqliyyat sektorunda idarəetmə modeli dəyişir
Ümumiyyətlə, aparılan islahatlar sərnişindaşıma və şəhər nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm yenilikləri özündə əks etdirir. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla müvafiq addımlar atılır. Məsələn, dövlət büdcəsinin tərkibində yaradılacaq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu 2 mənbədən formalaşmaqla şəhər nəqliyyatında tələb olunan zəruri ehtiyacları təmin edəcək. Ekoloji baxımdan müasir tələb və normalara cavab verən, ödəmə kartları və ya nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya veriləcək ki, bu addım da nəqliyyat sektorunda idarəetmə modelinin dəyişməsini nəzərdə tutur. Müasir tələblərə cavab verən, təmiz ekoloji nəqliyyat parkının genişlənməsi məqsədlərinə xidmət edir. Məlumdur ki, Azərbaycan iqlim öhdəliklərini üzərinə götürmüş ölkə kimi karbon dioksidin azaldılmasını hədəfləyir və şəhərin sənaye, tikinti, nəqliyyat və digər bölmələrində ətraf mühiti çirkləndirən amillərin qarşısını almağa çalışır. Bu baxımdan şəhər ən çox zərər verən yararsız və istismar müddəti bitmiş avtobusların tədricən hərəkət xəttindən çıxarılması aktual çağırışlardandır. Dövlət başçısının müvafiq fərmanı da həmin hədəf prinsiplərinə çatmaq üçün kompleks tədbirlər planının tərkib hissəsidir. Bu tənzimləmə üsulu şəhərin ekologiyasına da müsbət təsir göstərəcək, şəxsi avtomobillərdən istifadənin azalması nəticəsində havaya atılan zərərli tullantıların miqdarı da aşağı düşəcək.
Daşıyıcıların maliyyə dayanıqlığı artacaq
Beləliklə, tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək. Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada differensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.
Yeni tariflərin tətbiqi zamanı xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, İstehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyinin təmin olunması, keyfiyyətin yüksəldilməsi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi üçün səmərələşdirici tədbirlər görüləcək və bu istiqamətdə işlər nəzarətdə saxlanılacaq.
Məhəmməd
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

