Xankəndi şəhərində ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq
25.12.2025 [21:55]
Azad olunmuş ərazilərdə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq. Yarmarkanın dekabrın 27-29-da Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xankəndi şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunmasında məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarına olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər.
Qeyd edək ki, bu il “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir. Metronun “Gənclik” stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka dekabrın 20-də açılıb, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” stansiyalarının çıxışlarındakı yarmarkalar və Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu gündən fəaliyyətə başlayıb. Metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək xidmət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

