/ / Qafqaz Universitetində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin İstanbulda nəşr edilmiş kitabının təqdimatı olub
Qafqaz Universitetində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin İstanbulda nəşr edilmiş kitabının təqdimatı olub
30.11.2013 [11:13]
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və “Kaspi” qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş “Hüseyn Cavid. Əsərləri” (ilk Türkiyə nəşri, 2013) kitabının noyabrın 29-da Qafqaz Universitetində təqdimatı olub.
AzərTAc xəbər verir ki, tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışıb, Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid yaradıcılığından bəhs edən rektor onun Türkiyədə İstanbul Universitetində təhsil aldığını qeyd edib, ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Professor Ə.Saniç Hüseyn Cavidin Türkiyədə çap olunmuş kitabının əhəmiyyətini vurğulayaraq, onun nəşri üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin təsisçisi, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyevaya və filologiya üzrə fəlsəfə doktoru Azər Turana təşəkkürünü bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva dahi ədib Hüseyn Cavidin mənalı ömür yolundan, zəngin ədəbi irsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Cavid minilliklərin yazarıdır. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulanlardır. Bəşəriyyət üçün doğulanların isə hər zaman nəşrə ehtiyacı var, hər zaman təkrar-təkrar öyrənilməyə ehtiyacı var.
Cavidin XX əsrin əvvəllərində minilliklərdən bəri davam edən irfan ədəbiyyatının, mədəniyyətinin romantikasını yaratdığını vurğulayan S.Vəliyeva qeyd edib ki, böyük ədib bu romantikanı yeni bir mənzum dram janrında ədəbiyyata gətirib. Bu, Cavidin böyüklüyüdür. Cavidin ədəbiyyata bu janrı gətirməyi yeni bir ədəbi hadisə idi. Ədəbiyyatda yeni hadisə yaradanlar o şəxslərdir ki, onun gətirdiyi yeniliklər məktəbə çevrilir. Bəli, Cavid XX əsrin əvvəllərində belə bir romantik məktəbin banisi kimi, xüsusilə də mənzum dram janrının banisi kimi tarixilik qazanıb. Cavid, doğrudan da, XX əsr irfan ədəbiyyatının davamçısı idi.
Cavidin Türkiyədə universitetdə təhsil aldığını, turan fəlsəfəsini sistemli şəkildə öyrəndiyini xatırladan S.Vəliyeva vurğulayıb ki, o, XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran həm böyük ideoloq idi, həm də bu ideyaları ədəbiyyata gətirən böyük bir şəxsiyyət idi.
S.Vəliyeva Ulu öndər Heydər Əliyevin böyük şair və dramaturq Hüseyn Cavid ədəbi irsinə daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Hüseyn Cavidin Türkiyədə nəşr olunan kitabının əhəmiyyətindən bəhs edən S.Vəliyeva ümumtürk dünyası üçün, bəşəriyyət üçün Cavidin öyrənilməsinin və təbliğinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Cavidin öyrənilməsi türk millətinin özünəqayıdışıdır.
Hüseyn Caviddən bəhs edən videofilm nümayiş etdirilib.
Professor Kamran Əliyev böyük sənətkar Hüseyn Cavid yaradıcılığı barədə fikirlərini söyləyib, onun ədəbi irsinin dərindən öyrənilməsinin və tədqiq edilməsinin əhəmiyyətindən danışıb.
Professor Akif Hüseynli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi idarə heyəti sədrinin müşaviri Nazim Əkbərov, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi təhsil şurasının sədri Ənvər Özərən, Hüseyn Cavid əsərlərinin İstanbul nəşrini hazırlayan filologiya üzrə fəlsəfə doktoru Azər Turan və digər çıxış edənlər də Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid yaradıcılığına böyük önəm verdiyini xatırladıblar.
Hüseyn Cavidin ölməz ideyalarının, əsərlərinin əhəmiyyətindən bəhs edən natiqlər dahi sənətkarın İstanbulda nəşr olunmuş əsərlərinin onun yaradıcılığının daha da dərindən araşdırılmasında mühüm rolu olacağını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

