Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İçərişəhərdə yaşayan uşaqlar üçün Yeni il şənliyi keçirilib

İçərişəhərdə yaşayan uşaqlar üçün Yeni il şənliyi keçirilib

25.12.2013 [09:48]

Dekabrın 23-24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Art Garden”də İçərişəhərdə yaşayan uşaqlar üçün Yeni il şənliyi keçirilib.
İdarədən AzərTAc-a bildiriblər ki, iki hissədən ibarət şənlik uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, balacalara əsl bayram ovqatı bəxş edib, əyləncəli anlar yaşadıb.
Bayram tədbirinin birinci hissəsində Bakı Uşaq Teatrının kollektivi, Şaxta baba, Qar qız, nağıl qəhrəmanları və məşhur personajların iştirakı ilə tamaşa təqdim olunub. Uşaqlar nağıl qəhrəmanları ilə görüşüb, Şaxta babadan Yeni il hədiyyələri alıblar.
Tədbirin ikinci hissəsində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet Teatrının quruluşunda “Arşın mal alan” tamaşası nümayiş olunub.

Paylaş:
Baxılıb: 1467 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31