/ / «Skal İnternational Baku» nın 14-cü toplantısında ATİ-nin rektoru Cəfər Cəfərov qurumun prezidenti seçilib
«Skal İnternational Baku» nın 14-cü toplantısında ATİ-nin rektoru Cəfər Cəfərov qurumun prezidenti seçilib
25.12.2013 [12:15]
Azərbaycanın zəngin turizm potensialı vardır. Bu zənginliyi dünyaya təbliğ etmək, ölkəmizə daha artıq sayda turistləri cəlb etmək üçün turizm şirkətləri öz səylərini artırmalıdırlar. Bu fikir ötən gün «Hilton» mehmanxanasında keçirilən «Skal İnternational Baku» Turizm Professionalları Assosiasiyasının növbəti 14-cü toplantısında səsləndirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm İnstitutunun(ATİ) rektoru Cəfər Cəfərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyn, eləcə də ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, digər rəsmi şəxslər iştirak ediblər. Toplantı Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra «Skal İnternational Baku» klubunun, eləcə də «Millennium» turizm şirkətinin prezidenti Ruslan Quliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, klubun toplantılarının hər dəfə yeni məkanlarda keçirməsi artıq bir ənənə halını alıb. Bunu yeni açılan hotellərin tanınması istiqamətində onlara dəstək üçün etdiklərini deyən R.Quliyev , daha sonra, “Skal İnternational Baku” klubunun 2009-cu il oktyabrın 8-də “Hillside” hotelində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə açıldığını toplantı iştirakçılarına xatırladıb. Qurumun Azərbaycanda turizm professionallarının birləşdiyi ilk təşkilat olduğunu qeyd edən natiq, keçmiş Sovet respublikaları arasında Azərbaycanın ilk olaraq “Skal İnternational” Beynəlxalq Assosiasiyasına üzv olduğunu vurğulayıb. R.Quliyev, daha sonra, bu qurum vasitəsilə Azərbaycanın turizm potensialını bütün dünyaya təqdim etməyin mümkün olduğunu deyib, bunun isə öz növbəsində ölkədə turizmin inkişafına öz töhfəsini vurğulayıb. O, daha sonra qeyd edib ki, təşkilat fəaliyyət göstərdiyi qısa müddətdə dünyanın müxtəlif ölkələrində turizm sahəsi üzrə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edib, ölkəmizin turizm potensialını dünyaya layiqincə təbliğ edə bilib. «Skal İnternational Baku»nun 2013-cü ildəki fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında toplantı iştirakçılarına ətraflı məlumat verən R,Quliyev başa çatmaqda olan ilin təşkilat üçün əlamətdar bir il olduğunu vurğulayıb. « Hesabat ilində klub üzvləri bir sıra beynəlxalq toplantı və sərgilərdə iştirak ediblər, ölkəmizin zəngin turizm potensialının təbliği istiqamətində mühüm işlər görülüb, turizm sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq müqavilələri imzalanıb. Eyni zamanda «Skal İnternational Baku» klubunun üzvlərinin sayı da xeyli artaraq hazırda 50-yə çatıb»,-deyən natiq, əlavə edib ki, klubun əsas məqsədi Azərbaycan mədəniyyətini və ölkəmizin turizm potensialını dünyada təbliğ etmək, ölkəyə turistlərin axınına nail olmaqdır.
“Skal İnternational” Beynəlxalq Assosiasiyası haqda toplantı iştirakçılarına məlumat verən R.Quliyev həmçinin, qeyd edib ki, hazırda bu beynəlxalq qurum 87 ölkəni əhatə edir. Dünyada 525 təşkilat və 23 min insan bu qurumun üzvüdür. Təşkilat gənc turizmçilərlə işləməyə daha çox üstünlük verir. «Skal Baku»nun da bu istiqamətdə fəaliyyət göstərdiyini deyən klub prezidenti bildirib ki, bu yaxınlarda ATİ-nin məzun və tələbələri ilə birlikdə «Young Skal Baku» klubunu yaradıblar. Onun sözlərinə görə, «Young Skal»ın əsas fəaliyyəti Azərbaycan gənclərini turizm sahəsi haqqında maarifləndirmək, bu sahədə çalışanların şəbəkələşməsini təşkil etmək və dünyadakı oxşar qurumlarla əməkdaşlığın qurulmasıdır.
Tədbirin davamında «Skal İnternational Baku» klubunun yeni tərkibdə İdarə Heyəti seçilib. Daha sonra klubun prezidenti seçkisi keçirilib. Reqlamentə uyğun olaraq, açıq səsvermə yolu ilə ATİ-nin rektoru Cəfər Cəfərov 2 il müddətinə «Skal İnternational Baku» klubunun prezidenti seçilib.
Toplantıya Skyape vasitəsi ilə qoşulan “Skal İnternational” Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Salih Çene «Skal İnternational Baku» klubunun üzvlərini, eləcə də yeni tərkibdə seçilən klubun İH-nin üzvlərini və prezidentini təbrik edib, onlara uğurlar arzulayıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09

