Gəncə dairəvi yolunun açılışı olub
30.12.2013 [09:08]
Dünən, həmçinin, Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib
Dünən Gəncə dairəvi yolunun açılış mərasimi keçirilib. Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Bildirilib ki, Bakı-Ələt-Qazax magistral yolunun 344-cü km-dən 382-ci km-ə qədər hissəsində yüksək səviyyədə təmir işləri aparılıb. Tikinti işlərinə 2009-cu ilin mart ayından başlanılıb. 4 hərəkət zolağından ibarət yolun 2 hərəkət zolağı İtaliyanın Empresa şirkətinin, digər 2 hərəkət zolağı isə Koreyanın Ultra Azerko şirkətinin Azərbaycanla birgə əməkdaşlığı ilə inşa edilib. Yolboyu 4 körpü, 8 avtobus dayanacağı salınıb və 82 ədəd müxtəlif diametrli borulardan istifadə olunub. Yolda işarə lövhələri, yol nişanları, zəruri hissələrdə isə işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, tikinti işləri Asiya İnkişaf və Koreyanın Şinhan Bankı tərəfindən maliyyələşdirilib.
Dünən, həmçinin, Gəncə dəmiryol stansiyasının inzibati binasının da əsaslı təmirdən sonra açılışı olub. Açılışda nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları inzibati binanı gəziblər. Binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto-stend yaradılıb. 2013-cü ilin yanvar ayından start verilən əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kvadratmetr dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub, 2600 kvadratmetr fasadı üzlük aqlay daşı ilə üzlənib. Qapı və pəncərələri dəyişdirilib, döşəmə 1500 kvadratmetr həcmində qranit daşla təmir edilib. Burada qazanxana inşa edilib və bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemi ilə təchiz olunub. Sərnişinlərin rahatlığı üçün stansiyada VİP zalı, ana və uşaq otağı, tibb məntəqəsi var.
Yeni inzibati binada müvafiq işçilər üçün yüksək komforta malik iş otaqları yaradılıb.
Gəncə stansiyasının əsaslı təmirini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti həyata keçirib.
Gülər Nəcəfova
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

