İyunun 21-də 9 illik təhsil bazası üzrə təkrar imtahan təşkil olunacaq
22.05.2026 [17:53]
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün iyunun 21-də imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.
Bu il 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər mayın 25-27-də Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. Mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) mayın 25-26-da tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək iyunun 21-də keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. İyunun 21-də keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

