/ / Şabran rayonunun 6 min nəfərə yaxın sakini tibbi müayinədən keçərək sağlamlıqları haqqında məlumat əldə edib
Şabran rayonunun 6 min nəfərə yaxın sakini tibbi müayinədən keçərək sağlamlıqları haqqında məlumat əldə edib
25.02.2014 [09:08]
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığına uyğun olaraq, Şabranda da bu mühüm aksiyanın müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi tədbirlər görülüb.
AzərTAc xəbər verir ki, artıq 6 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçib, sağlamlıqları haqqında məlumat əldə edib.
Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı yaradılmış komissiyanın sədri, rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev bildirib ki, kampaniya ərəfəsində operativ tədbirlər planı hazırlanıb, rayon rəhbərliyi yanında idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə aksiyaya hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
Şabran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Aslan Usubov vurğulayıb ki, dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan bu aksiya əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması baxımından olduqca əhəmiyyətlidir. O, qeyd edib ki, mərkəzi xəstəxana, eləcə də rayon ərazisindəki bütün həkim və tibb məntəqələri müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilib. Müayinələr nəticəsində onkoloji və qan-damar sistemi xəstəlikləri olan sakinlər aşkarlanaraq qeydə alınıb. Ehtiyac yarandığı təqdirdə vətəndaşlara paytaxtdakı səhiyyə ocaqlarında təkrar müayinədən keçmək üçün göndəriş verilir.
Rayon sakini Nadir Zülfüqarov AzərTAc-a müsahibəsində müayinələrin təşkilindən, xəstəxanada yaradılan şəraitdən razı qaldığını söyləyərək deyib: “Müasir tibbi avadanlıqların köməyi ilə məni müayinə etdilər. Səhhətim barədə ətraflı məlumat aldım. Sağlamlığımıza göstərilən bu yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarıq”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35

