Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
27.12.2014 [09:00]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir beynəlxalq maliyyə qurumu ilə su və kanalizasiya layihələrinin icrasına başlayıb. Belə ki, Azərbaycan Hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.
Təməlqoyma mərasimində çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirib: “Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Gədəbəydə böyük inkişaf müşahidə olunub. Rayonumuza yeni yüksək gərginlikli elektrik, təbii qaz xətləri çəkilir, kəndlərarası avtomobil yolları yenidən qurulur. Növbəti böyük layihələrdən biri su və kanalizasiya sistemlərinin yaradılmasıdır. Bu layihənin uğurlu icrası Gədəbəy şəhəri və ətraf kəndlərin inkişafına böyük töhfə verəcək”.
“Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Ölkə başçısının respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bu gün təməlini qoyduğumuz layihəni də nəzərə alsaq, 39-cu şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Layihənin keyfiyyətli icrasını təmin etmək üçün yeni texnologiyalardan və avadanlıqlardan istifadə olunacaq. Ümidvaram ki, tikinti işləri qısa müddətdə və keyfiyyətlə icra ediləcək”.
İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev təmsil etdiyi maliyyə qurumunun Gədəbəy, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına 200 milyon dollar kredit ayırdığını və 2015-ci ildə daha bir neçə şəhərdə işlərə bağlanılacağını diqqətə çatdırıb. “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaq. Ümumilikdə, layihədən 23 mindən artıq insan faydalanacaq.
İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilib. Layihəyə uyğun olaraq su mənbəyindən şəhərə 14,8 km uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500 kubmetr olan 7 ədəd anbar tikiləcək. Şəhər ərazisində 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcək. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilib. Layihənin icrasının 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxHadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35

