Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir
04.03.2015 [09:55]
Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində (PTİU) “Ali təhsilin keyfiyyəti: tələbələrin praktik hazırlığının məzmunu və təşkilinin təkmilləşdirilməsi” mövzusunda keçirilən 40-cı Beynəlxalq elmi-metodik konfransa dəvət almış Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Ukrayna, Belarus və Azərbaycan nümayəndələrinin qatıldıqları konfransın açılış mərasimində iştirak edib. İcraçı direktor tələbələrin elmi biliklərinin artırılmasında əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının rolundan danışıb, Azərbaycanda ölkə rəhbərinin Fərmanı ilə fəaliyyətə başlamış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi beynəlxalq layihələr, xarici ölkə mütəxəssislərinin, alim və tədqiqatçıların universitet auditoriyalarında mühazirə və təlimlərinin təşkili barədə geniş məlumat verib.
Konfransın açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət Universitetinin müraciətinə cavab olaraq universitetlə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb.
Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin Fəxri professor olduğu PTİU-da 300-dək azərbaycanlı bakalavr, magistratura və doktorantura pillələrində təhsil alır, təhsil ocağının nəzdində Bakı Slavyan Universitetinin dəstəyi ilə Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Fondun icraçı direktoru konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Poltava Vilayət Radasının sədri, Ukrayna İqtisadi Elmlər Akademiyasının vitse-prezidenti, Ukraynanın Mərkəzi İstehlakçılar Cəmiyyətləri Birliyinin İdarə Heyətinin və Belarusun Ticarət-İqtisadiyyat Universitetinin rəhbərliyi, PİTU-nun fakültə dekanları və kafedra müdirləri, doktorant və magistrantlarla fikir mübadiləsi aparıb.
Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi ilə bağlı məlumatları böyük maraqla qarşılayan Poltavanın İ.P.Kotlyarevski adına 1 nömrəli çoxprofilli şəhər liseyinin direktoru N.A.Verqal rəhbərlik etdiyi təhsil ocağının bu layihəyə qatılmaq istəyini nəzərə çatdırıb və liseylə yaxından tanış olan O.Səmədovla layihənin detallarını müzakirə edib.
Universitetin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Fondun icraçı direktoru O.Səmədovun və Mərkəz müdiri Y.Alxasovun, həmçinin, universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. PİTU-da təhsil alan azərbaycanlı gənclər həmyaşıdları olan ukraynalı tələbələrə Xocalı faciəsi barədə geniş məlumat veriblər.
Azərbaycanda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edildiyini nəzərə alaraq, O.Səmədov Poltava Dövlət Aqrar Akademiyasında bir sıra işgüzar görüşlər keçirib, birinci prorektor, professor Pavlo Pisarenko, Biznes inzibatçılığı və hüquq kafedrasının müdiri, həmyerlimiz, professor Xanlar Mahmudovla Akademiya əməkdaşlarının Bilik Fondunun beynəlxalq layihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparıb.
Poltava vilayətinin elm və təhsil ocaqları ilə tanışlıq Bilik Fondunun beynəlxalq layihələrinin məzmununu daha zəngin və rəngarəng edəcəyinə ümid yaradır.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

