Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir
11.03.2015 [18:22]
Hamımız yaxşı bilirik ki, müstəqilliyimizin ilk illəri nə qədər ağır keçmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, xaos, böhran, anarxiya, iqtisadi tənəzzül istər-istəməz idman sahəsinə də öz mənfi təsirini göstərmişdir. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar başlamışdır. Dövlət siyasəti ortaya qoyulmuşdur və bütün sahələrdə olduğu kimi, idman sahəsində də biz uğurlara nail ola bilmişik.
Müstəqilliyin bərpasından bir il sonra Milli Olimpiya Komitəsi yaradıldı. Demək olar ki, 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycanda idman sahəsində, Olimpiya hərəkatı sahəsində çox böyük işlər görülmüşdür. Müstəqilliyimizin ilk illərində ölkəmizi tərk etmiş tanınmış idmançılar, məşqçilər, idman mütəxəssisləri Vətənə qayıtdılar. Təlim-məşq prosesi üçün çox gözəl şərait yaradılmışdır. İdmanın müxtəlif növlərinin inkişafı üçün konkret addımlar atılmışdır, federasiyaların rəhbərliyi gücləndirilmişdir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri, klublar bir ailə kimi fəaliyyətə başlamış və beləliklə, idman uğurlarımızı şərtləndirmişdir. Azərbaycan artıq idman dövlətidir. Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir. Bizim qonaqpərvərliyimiz, eyni zamanda, təşkilatçılıq imkanlarımız, təşkilatçılıq qabiliyyətimiz çox nadir bir mühit yaradır. Ən önəmlisi ondan ibarətdir ki, bütün yarışlarda iştirak edən idmançılar üçün çox gözəl şərait yaradılır. Həm gözəl idman infrastrukturumuz, Olimpiya kompleksləri vardır, eyni zamanda, Bakı şəhəri gözəlləşir, abadlaşır və Bakıya gələn qonaqların sayı artır. Çox şadam ki, onların arasında idmançıların sayı ildən-ilə artır. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda "İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir.
Mən çox şadam ki, bizim görkəmli idmançılarımız – Olimpiya, Dünya, Avropa çempionlarımız həyatda nümunədirlər. Bu, belə də olmalıdır. Çünki onların hərəkətləri, fəaliyyəti, Vətənə olan bağlılığı, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə xidmət göstərir.
Birinci Avropa Oyunlarının Azərbaycan üçün, ən əsası Bakı şəhəri üçün böyük bir irsi qalacaq: "Çoxlu yeni küçələr salınıb, binalar təmir olunub, parklar salınıb, abadlaşdırma işləri aparılıb. Amma ən əsası, bizim gənclərimizdir, könüllülərimizdir, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində çalışan gənclərimizdir. Onlar böyük bir təcrübə ilə gələcəkdə də ən yüksəksəviyyəli tədbirləri Azərbaycanda keçirməyə qadirdilər".
Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur.
2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcəkdir. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcəkdir. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaqdır. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır.
Məmmədli Sənan.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvü.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

