Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mətbuat Şurasının “Milli mətbuatımız istiqlal yolumuz” silsiləsindən növbəti sənədli filminin nümayişi keçirilib

Mətbuat Şurasının “Milli mətbuatımız istiqlal yolumuz” silsiləsindən növbəti sənədli filminin nümayişi keçirilib

10.07.2015 [09:58]

Azərbaycan Mətbuat Şurasının “Milli mətbuatımız istiqlal yolumuz” silsiləsindən növbəti sənədli filmi görkəmli ictimai xadim, yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyliyə həsr olunub.
Şuradan AZƏRTAC-a bildiriblər ki, “Durun gedək evimizə...” filminin ilk nümayişi “Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” adlı konfrans çərçivəsində Qəbələdə reallaşıb.
Filmi dövlət rəsmiləri, MŞ idarə heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, yerli ictimaiyyətin və mətbuat orqanlarının nümayəndələri izləyiblər. Filmdə C.Hacıbəylinin həyat yolunun spesifik cəhətlərindən, onun Azərbaycanda milli özünüdərk proseslərindəki xidmətlərindən, ictimai xadim, yazıçı və jurnalist kimi fəaliyyətindən bəhs olunub. Bu zaman yerli və xarici ölkələrdəki arxivlərin materiallarına istinad edilib.
Qeyd edək ki, “Durun gedək evimizə...” filminin layihə rəhbəri MŞ sədri Əflatun Amaşov, ideya rəhbəri MŞ idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ssenari müəllifi isə tanınmış telejurnalist Bəxtiyar Qaracadır.

 
Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30