Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni
08.08.2015 [00:25]
Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Kəngərli rayonunda da uğurla icra olunur. Dövlət Proqramına uyğun olaraq ötən dövrdə rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, rayonun mərkəzi olan Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 7-də Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış tədbirində iştirak ediblər.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə edib. Yaşayış məntəqələrində müasir şərait yaradılıb. Təkcə 2015-ci ilin ötən dövründə Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq gənclər şahmat məktəbi və Elektrik şəbəkəsi üçün yeni binalar istifadəyə verilib. Hazırda Yurdçu kəndində yeni sosial obyektlərin inşası davam etdirilir, kənd yolu abadlaşdırılır. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik edib, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin mart ayında imzaladığı müvafiq qanunla Kəngərli rayonu yaradılmışdır. Ötən 11 il ərzində rayon böyük inkişaf yolu keçmiş, lazımi infrastrukturlar yaradılmış, kəndlər abadlaşdırılmışdır. Bu işlər bu gün də davam etdirilir. Rayonun inkişafı əhalinin sayının artmasına da səbəb olmuşdur. Yeni yaradılarkən 25 min əhalisi olan Kəngərli rayonunda bu gün 31 mindən artıq əhali yaşayır.
Ali Məclisin Sədri deyib: “Bu gün rayonun mərkəzi Qıvraq qəsəbəsində 6 minə yaxın əhali yaşayır. Bundan başqa burada böyük hərbi hissə yerləşir. Qəsəbədə yaşayanlara, hərbi hissədə xidmət edənlərə və ailələrinə ictimai iaşə, bazar və ticarət xidmətlərinin göstərilməsi vacib məsələ idi. Ona görə də ərazidə yeni kompleksin tikilməsi zərurəti yaranmışdı. İş adamları bu işin həyata keçirilməsinə təşəbbüs göstərdilər. Təkliflərə baxıldıqdan sonra layihə hazırlandı və kompleksin tikintisi həyata keçirildi. Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir. Hazırda Kəngərli rayonunda 12 hüquqi, 391 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kompleksin istifadəyə verilməsi ilə sahibkarlıq obyektlərinin sırasına biri də əlavə olundu”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və kompleksin uzun müddət rayon əhalisinə xidmət edəcəyinə əminliyini bildirib, bir daha təşkilatçılara təşəkkür edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılışı bildirən lenti kəsiblər.
Məlumat verilib ki, kompleksin tərkibinə ticarət mərkəzi, mağazalar, şadlıq sarayı və digər xidmət sahələri daxildir. Bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə kənd təsərrüfatı məhsullarının satışı üçün qapalı bazar, 2 ət satışı mağazası və anbar, ikinci mərtəbədə 7 müxtəliftəyinatlı mağaza və iş otaqları, üçüncü mərtəbədə isə şadlıq sarayı yerləşir. Həyətdə 24 yerlik açıq bazar, 12 müxtəliftəyinatlı mağaza, aptek, yeməkxana və kafe fəaliyyət göstərəcəkdir. Qapalı bazarda 30 piştaxta hazırlanıb və onların hər biri elektron tərəzi ilə təmin olunubdur.
Müasir dizayn əsasında inşa olunan 270 yerlik şadlıq sarayı toy mərasimləri və digər tədbirlərin keçirilməsi üçün münasib quruluşa malikdir. Ən müasir işıqlandırma, görüntü və səs sistemləri quraşdırılan şadlıq sarayında rayon əhalisinə nümunəvi iaşə xidməti göstəriləcəkdir. Kompleksdəki yeməkxana və kafe də müasir xidmət infrastrukturuna malikdir.
Bina müasir havalandırma, istilik, su və kamera-nəzarət sistemləri ilə təchiz olunub, həyətdə geniş abadlıq işləri görülüb, 2 avtomobil dayanacağı istifadəyə verilibdir.
Muxtar respublikada kəndlərarası yollar müasir standartlara uyğun qurulur. Şərur və Kəngərli rayonlarının bir neçə yaşayış məntəqəsini birləşdirən Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunun yenidən qurulması da bu istiqamətdə görülən işlərin davamıdır.
Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan tikinti işləri ilə maraqlanıb.
Məlumat verilib ki, avtomobil yolunun ümumi uzunluğu 16 kilometrdir. Yol yatağı 9 metrədək genişləndirilərək birinci qat asfalt örtük verilib. Yolboyu 84 su keçidi, 7 selötürücü, eləcə də yolun Qıvraq qəsəbəsindən keçən hissəsində 488 metr uzunluğunda beton kanal tikilib. Yol istifadəyə verildikdən sonra Naxçıvan-Sədərək magistral yoluna çıxmadan avtomobillərin kəndlərarası rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi və yolun ətrafında yaşıllıqların salınması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23

