Bu il imtahanlarda ümumilikdə 100 minə yaxın abituriyent iştirak edib
21.08.2015 [09:56]
Elnur Nağızadə: Birinci mərhələ üzrə qəbul planı 83,12 faiz dolub və 32196 nəfər tələbə adı qazanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasını artıq başa çatdırmaq üzrədir. TQDK abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrini də açıqlayıb. Qeyd edək ki, bu il imtahanlarda ümumilikdə 100 minə yaxın abituriyent iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlərdən 32 mini artıq tələbə adını qazanıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, ixtisas seçimində 36 mindən çox abituriyent iştirak edib: “Avqustun 11-i saat 23:59-dan etibarən bu proses başa çatıb və iştirak hüququ olanların tam əksəriyyəti ixtisas seçimini öz ərizəsi ilə təsdiqləyiblər. Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Qeyd edim ki, 14812 abituriyent artıq qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsini təsdiqləyib”.
Qəbul olmayan, amma müsabiqə şərtini ödəmiş abituriyentlər üçün isə boş qalmış yerlərə əlavə yerləşdirmənin aparıldığını deyən Elnur Nağızadə ixtisas seçiminin internet vasitəsilə həyata keçirildiyini və artıq bu prosesin də yekunlaşdığını bildirib. Birinci mərhələ üzrə qəbul planının 83,12 faiz dolduğunu deyən Elnur Nağızadə, həmçinin, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6555 yerin boş qaldığını da söyləyib. Onun sözlərinə görə, qəbul olan şəxslərdən 27541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzundur. Bu mərhələdə, eyni zamanda, 11 illik təhsil bazasından kolleclərə qəbul prosesinin də həyata keçirildiyini deyən Elnur Nağızadə, bildirib ki, eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan plan yerlərini, həm də orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmək mümkündür. Qeyd edək ki, ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxSosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08

