Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib
22.08.2015 [10:59]
Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün sizinlə əlamətdar gündə görüşürük. Əsası 1970-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və artıq 45 illik tarixə malik olan ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş tələbələrlə görüş ənənəsi Azərbaycan təhsilinə mühüm yeniliklər gətirib, onun inkişafına öz töhfəsini verib”.
Ali Məclisin Sədri əlamətdar gündə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: “O dövlət inkişaf edir ki, onun güclü elmi potensialı var, orada təhsilin inkişafı əsas vəzifələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu zərurəti nəzərə alaraq bildirmişdir ki, “Təbii sərvətlər tükənəcək, elm, bilik isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.
Ali Məclisin Sədri deyib: “Hər bir xalqın tərəqqisi onun gənclərinin necə yetişdirilməsindən və təhsilin hansı səviyyədə təşkil olunmasından asılıdır. Bu gün Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası davam etdirilərək öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təhsili ölkənin və millətin gələcəyi üçün əsas vəzifə hesab edən ölkə Prezidentinin bu sahəyə diqqətinin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturu ilbəil müasirləşdirilir, yeni məktəb binaları, tədris korpusları tikilir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 66 min 736 şagird yerlik 165 məktəb binası tikilib və ya yenidən qurulub. Hazırda ümumtəhsil məktəblərində 3700 kompüter, 600-dən çox elektron lövhə vardır. Məktəblərdə interaktiv tədris metodlarından istifadə olunur, elektron və distant təhsil tətbiq edilir. Həmçinin müasir təhsil praktikası nəzərə alınaraq elm və ali təhsil müəssisələrinin elmi dərəcəsi olan əməkdaşlarının ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil olunur. Həyata keçirilən bu tədbirlər təhsildə ciddi irəliləyişə səbəb olub, tədrisin keyfiyyəti artıb. Bu il muxtar respublikanın ümumtəhsil məktəblərinin məzunlarından 313-ü ali məktəblərə qəbulda 500-700 arasında bal toplayıb. Bir məzunumuz isə ən yüksək nəticə göstərib.
Göründüyü kimi, təhsil sahəsində həyata keçirilən tədbirlər keyfiyyət əmsalının artımı ilə yadda qalır. Bu tədbirlərin, çəkilən zəhmətin bir məqsədi var ki, o da ölkənin və xalqın sabahına cavabdeh olan bilikli və savadlı gənclər yetişdirməkdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, gəncləri Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev deyib ki, bu gün muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Yaradılan şərait, aparılan quruculuq işləri təhsil infrastrukturunu tamamilə müasirləşdirib.
Piri Nağıyev qeyd edib ki, məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük veriblər.
Valideyn Məlahət Həsənova çıxış edərək deyib ki, bu gün muxtar respublika özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafı hər bir naxçıvanlı öz həyatında hiss edir.
Qəbul imtahanlarında 700 bal toplayan Əli Allahverdiyev muxtar respublikada ənənə halını almış yüksək bal toplayan tələbələrlə görüşlərin keçirilməsini gənclərə və təhsilə göstərilən qayğının daha bir ifadəsi olduğunu bildirib.
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı və pul mükafatı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30

