Qubadlının işğalından 22 il ötür
29.08.2015 [10:53]
Rayon əhalisi əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək
Azərbaycanın dilbər guşələrindən olan Qubadlı rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 22 il ötür. Erməni qəsbkarlarına qarşı əsl mətanətlə sinə gərən Qubadlı rayonu 1993-cü ilin sonuncu yay günündə - avqustun 31-də işğala məruz qalıb.
Xatırladaq ki, Qubadlı rayon olaraq 1933-cü ildə inzibati status əldə edib. 1963-cü ildə ərazisi Zəngilan rayonu ilə birləşdirilsə də, bir il keçməmiş yenidən “müstəqillik” əldə edib. 802 kv.km ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlının əhalisi keçirilən son siyahıyaalmada 5604 nəfər kimi göstərilib. Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu kəndləridir. Hazırda işğal altında olan rayonun 94 kəndi və bir şəhəri var. İşğala qədər rayon əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdu.
Rayonun Ermənistanla 120, Xocavənd rayonu ilə 42 km-lik sərhəd zolağı var. Eyni zamanda, rayon Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi və bunlarla yanaşı, rayonda 31 süd-əmtəə ferması fəaliyyət göstərirdi. Rayonda 2 üzümün ilkin emalı və yağ-pendir emalı zavodu vardı. Rayonun asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda, qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Ümumilikdə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
Eyni zamanda, işğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.
Rayonda yaşı qədim dövrlərə söykənən bir çox tarixi yerlər də vardı. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrin yadigarları “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər Türbəsi”, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də, Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalıb.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları var idi...
Beləliklə, 1993-cü il avqustun 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular. Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal edildi. Qeyd edək ki, torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talandı, 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb...
Qubadlının qaçqın düşmüş, öz ev-eşiyindən didərgin salınmış 35 mindən çox əhalisi 22 ildir ki, respublikamızın 42 şəhər və rayonunda məskunlaşıb. Dövlətimiz hər zaman əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görür. Eyni zamanda, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qaçqın və məcburi köçkünlərimizə dövlət qayğısı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması ilə bağlı Dövlət Proqramının qəbulu bu mənada əsaslı nəticələrə gətirib çıxarıb.
Bir sözlə, Prezident İlham Əliyev hər zaman qubadlılıların problemlərinin həlli ilə yaxından maraqlanır, onların sosial vəziyyətlərinin yüksəldilməsi, yaşayış təminatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Bu da Qubadlı əhalisində respublika rəhbərinin apardığı siyasətə böyük inam və etibar yaradır. Onlar əmindirlər ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

