Lənkəranlılar Nardaran hadisələrini qətiyyətlə pisləyiblər
09.12.2015 [10:13]
Dekabrın 8-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən elmi-praktik konfransda dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyəti, rayonda mövcud olan dini durum və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Qeyd olunub ki, respublikamızda hökm sürən siyasi sabitlik, əmin-amanlıq, vətəndaş həmrəyliyi sosial-iqtisadi inkişaf üçün gözəl şərait yaradıb, Azərbaycanı sivil, tolerant bir ölkəyə çevirib. Lakin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması anti-Azərbaycan qüvvələrini narahat edir.
Bildirilib ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup ekstremistin din pərdəsi adı altında çirkin əməllərini həyata keçirmək, cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləri alt-üst oldu. Onlara qarşı keçirilən əməliyyatda polis işçilərinin üzərinə qumbara atılıb, silahlardan atəş açılıb. Nəticədə iki polis işçisi qəhrəmancasına həlak olub, cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Həlak olan polis işçilərindən biri - İsmayıl Tağıyev lənkəranlıdır.
T.Qaraşov “Müsəlman birliyi” adlı ekstremist qrupun Lənkəranda ictimai-siyasi sabitliyin pozulması üçün göstərdiyi cəhdlərdən də danışıb, bu təxribatların qarşısının dövlət tərəfindən qətiyyətlə alındığını bildirib.
Elmi-praktik konfransda Lənkəran şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov “Din-dövlət münasibətlərinin vəziyyəti, dini durumun sabitliyinin təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Müzakirələrdə Lənkəran rayon Ağsaqqallar Şurası sədrinin müavini Sərhad Məmmədov, Milli Qəhrəman atası, təqaüdçü hacı Ələkbər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Qəni Axundzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölməsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və başqaları çıxış edərək, Nardaran hadisələrini qətiyyətlə pisləyiblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17

