Azərbaycan Mühəndislik Akademiyasının 2011-2015-ci illərdəki işlərinin uğurlu nəticələri
25.12.2015 [09:45]
Dekabrın 24-də Milli Aviasiya Akademiyası ilə Azərbaycan Mühəndislik Akademiyasının birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev iclası açdıqdan sonra sözü Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədova verib.
Əhəd Canəhmədov son 5 ildə - 2011-2015-ci illərdə Azərbaycan Mühəndislik Akademiyasında görülən əsas işlər haqqında məlumat verib. Məlumatda ən əhəmiyyətli elmi nəticələr və onların istehsalata tətbiqinin səmərəliliyi vurğulanıb. Bu müddət ərzində akademiya üzvləri tərəfindən 35-ə yaxın monoqrafiya, kitablar və dərsliklər, 250-dən çox müxtəlif beynəlxalq və ölkə jurnallarında elmi məqalələr dərc olunub, 16 patent və müəlliflik şəhadətnamələri alınıb.
Qeyd olunub ki, bu müddət ərzində akademiya üzvlərinin yeddi nəfəri ordenlə (biri “İstiqlal” ordeni, üçü “Şöhrət” ordeni, üçü “Şərəf” ordeni), iki nəfəri isə “Tərəqqi” medalı ilə təltif olunub. Bir nəfər Əməkdar Elm Xadimi, bir nəfər beynəlxalq mükafat laureatı, bir nəfər milli mükafat laureatı, bir nəfər elmlər doktoru, iki nəfər isə texnika elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
2011-2015-ci illərdə Azərbaycan Mühəndislik Akademiyası beş elmi-texniki konfrans, iki “dəyirmi masa” keçirib.
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalı ildə dörd nömrə olmaqla mütəmadi nəşr edilib. Nəşrdə möhkəmlik fizikası, aviasiya, mexanika və maşınqayırma, neft və qaz, neft-kimya texnologiyası, informasiya texnologiyaları ilə bağlı bir sıra elmi məqalələr dərc olunub.
Xatırladaq ki, “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” ayrıca elektron formatda, müasir dünya standartlarından istifadə etməklə məqalələrin xülasələrini ingilis dilində yayır, həmçinin xarici analitik baza olan SCOPUS-a keçid və onun vasitəsilə indeksləşmə və sitatlaşdırmanı həyata keçirir. Jurnalda məqalələr Azərbaycan, ingilis və rus dillərində dərc edilir.
İclasın yekununda akademik Arif Paşayevə aviakosmos sahəsindəki xidmətlərinə görə “İlin mühəndisi” fəxri diplomu və xatirə medalı təqdim olunub. Akademiyanın digər üç üzvü - professor Rauf Cəfərzadə, professor Afiq Həsənov və professor Ədalət Səmədov müxtəlif nominasiyalar üzrə “İlin mühəndisi” fəxri adına layiq görülüb, diplom və xatirə medalı ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

