Azərbaycanda kütləvi informasiya vasitələri yüksək dövlət qayğısı ilə əhatə olunub
30.12.2015 [10:36]
İctimai Televiziyanın əməkdaşları üçün kooperativ yaşayış binasının istifadəyə verilməsi bu diqqət və qayğının növbəti nümunəsidir
Sirr deyil ki, Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin (KİV) hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına strateji töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi, həmçinin KİV subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxarıb. Buna paralel olaraq yazılı və elektron KİV nümayəndələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də xüsusi təqdirəlayiq hal kimi xarakterizə edilir. Bu kontekstdə 2013-cü il iyulun 22-də - Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın istifadəyə verilməsi və jurnalistlər üçün yeni binanın təməlinin atılması ayrıca vurğulanmalıdır.
Yeri gəlmişkən, dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları üçün yeni inşa edilən kooperativ yaşayış binasının istifadəyə verilməsi də sözügedən istiqamətdə atılan növbəti addımdır. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binada yaradılmış şəraitlə tanışlıq olub, məlumat verilib ki, Yasamal rayonu ərazisində yerləşən 16 mərtəbəli, 172 mənzilli binada sakinlər üçün hər cür şərait yaradılıb. Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistləri ev almaları münasibətilə təbrik edib. Ölkəmizdə mətbuat və söz azadlığının inkişafı, jurnalistlərə dövlət qayğısından danışan Əli Həsənov vurğulayıb ki, media işçilərinə göstərilən diqqət və qayğı bundan sonra da davam edəcək. Azərbaycan dövləti demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının, azad və plüralist medianın daha da inkişafında, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində maraqlıdır və qarşıda duran vəzifələri yüksək səviyyədə yerinə yetirir. Dövlətimizin başçısı İlham Əliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Prezidentin köməkçisi bildirib ki, bu gün diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişafı, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Mətbuat işçilərinə göstərilən diqqət həm də jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi də istənilən vəziyyətdə məsuliyyət hissini itirməməli və milli birliyə, eyni zamanda, milli maraqların qorunmasına mane olan addımlar atmamalıdır.
Jurnalistlər adından çıxış edən Qərənfil Xəlilova isə onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib. Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycanda informasiya azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinə dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır. Bu da jurnalistlərin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə stimul verir.
Bir sözlə, göründüyü kimi, Azərbaycan mətbuatı yüksək dövlət qayğısı ilə əhatə olunub. İctimai Televiziyanın əməkdaşları üçün kooperativ yaşayış binasının istifadəyə verilməsi bu diqqət və qayğının növbəti nümunəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

