Azərbaycan dövlətinin media siyasəti beynəlxalq jurnalda
31.12.2015 [09:51]
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadənin məqaləsi “Thomson Reuters” indeksli jurnalda çap edilib
“Bu gün kütləvi informasiya vasitələrinin məzmun və formasının insanların informasiya maraqlarına və tələbatlarına uyğun şəkildə dəyişməsi prosesi baş verir. İnformasiya tələbatlarının təbiəti və məzmunu isə insanın həyat fəaliyyəti ilə üzvi şəkildə əlaqədardır”. Bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin İngiltərədə nəşr olunun “Thomson Reuters” indeksli “The international journal of human resources management” adlı jurnalda çap edilmiş “Azərbaycanda ictimai rəyin təsisatlanmasında və formalaşmasında KİV-in rolu” mövzusunda məqaləsində qeyd olunur.
Bildirilir ki, ictimai fikrə təsir imkanları geniş olan yazılı və elektron KİV-lərdən ictimaiyyətin gözləntiləri zaman-zaman dəyişir. Təbii ki, bu, dövrün, zamanın çağırışlarından irəli gəlir. Mətbuatın qarşısında duran vəzifələrin başlıca mahiyyəti bütövlükdə cəmiyyəti ehtiyac duyduğu informasiyarlarla təmin etməkdir. İstənilən digər tələbatlar kimi, informasiya tələbatı da insanlarda fəal yaradıcı faktor rolunu oynayır. İnformasiya tələbatlarına müəyyən məzmuna və formaya malik məlumata olan tələbat kimi yanaşmaq gərəkdir. Bu məlumatlar insanlara yaşadıqları mühitin reallıqlarını müəyyənləşdirməyə, dünyanın mənzərəsini dəqiqləşdirməyə, davranış və problemli vəziyyətlərin həllində istiqamət seçimi etməyə, sosial mühitlə razılıq və daxili tarazlıq yaratmağa kömək edir. Bu tələbatlar ödənilməzsə, insanın məqsədyönlü, düşünülmüş fəaliyyəti mümkün deyil. Əgər KİV-lər bu tələbatı lazımi səviyyədə ödəmirsə, bu halda auditoriya gərəkli informasiyanın axtarışına çıxır, ya da bu sahədə fəallığını azaltmış olur. Xüsusilə nəzərə almaq lazımdır ki, son illər insanların informasiya tələbatının böyük hissəsi internet resursları vasitəsilə ödənilir. İnformasiyanın dolğunluğu obyektivlikdən, qərəzsizlikdən, ən əsası mənbənin dəqiq göstərilməsindən, araşdırmaların düzgün aparılmasından asılıdır. Bu halda informasiya təhlükəsizliyi məsələsi gündəmə gəlir. Təbii ki, dövlət maraqlarını hər şeydən üstün tutmaq mətbuatın əsas funksiyalarındandır.
Vüqar Rəhimzadə məqaləsində qeyd edir ki, ayrı-ayrı internet resurslarından, sosial şəbəkələrdən bəhrələnən auditoriya informasiya məkanına “təhlükəsizlik kəməri” olmadan daxil olur. Bu isə öz növbəsində müəyyən yanaşmaların ortaya çıxmasına səbəb olur. İctimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibəti, yaxud onların qiymətləndirilməsi əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq doğuran hadisələr olur. Bu baxımdan da KİV-lərin ictimai düşüncəni, şüuru formalaşdırmaqda və təsisatlandırmaqda rolu öz aktuallığını ortaya qoyur. Əsas məsələ ictimai rəyi düzgün istiqamətləndirmək, real düşüncənin formalaşmasına müsbət təsir göstərməkdir. Bəzən yanlış rəy gündəmə gətirilən məsələnin aktuallığına kölgə salır.
İngiltərənin mətbu orqanında çap olunan məqalədə, həmçinin Azərbaycanda mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığı əsaslı şəkildə qeyd olunur. Bu əsasda Vüqar Rəhimzadə yazır ki, Azərbaycanda KİV-lərin azad fikir daşıyıcısı olaraq genişlənən fəaliyyəti çox ölkələr üçün örnəkdir. Azərbaycanda mətbuatın “dördüncü hakimiyyət” kimi formalaşmasında Ulu öndər Heydər Əliyevin xidmətləri böyükdür. Azərbaycan MDB məkanında senzuranın ləğvini irəli sürən ilk ölkədir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsinə imkanları artırmışdır. Müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə dünya ölkələri arasında öncül mövqedə dayanır. Məqalədə qeyd edilir ki, ümumilikdə Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı dövlət siyasətinin əsası kimi daim diqqətdədir və bu istiqamətdə addımlar davamlıdır. Bu gün həmin siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar müstəqil mətbuatın daha da inkişafı üçün möhkəm zəmin yaradıb. Məqalədə Azərbaycanda KİV-lərin həm informasiya, həm də texniki imkanlarının təkmilləşməsinin “dördüncü hakimiyyət”in müstəqilliyi prinsiplərinə hesablandığı qeyd edilir.
Məqalənin əsas xəttini ictimai şüurun formalaşdırılması və təsisatlandırılması təşkil etdiyindən insanların informasiya təhlükəsizliyi, KİV-in “dördüncü hakimiyyət” kimi funksiyaları və digər məsələlər araşdırma platformasına qoyulur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

