Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindəndir
07.01.2016 [10:17]
Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına parkda rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin şəxsi heyətinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1990-cı illərin əvvəllərində yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı qəsbkarlıq müharibəsindən, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin, o cümlədən Füzuli rayonunun işğal edilməsindən danışıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yaranıb. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alınıb və Azərbaycan Ordusu əks-hücuma keçərək qısa müddətdə 21 min hektar ərazini - Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Azərbaycan ordusu bu uğura Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
“Azərbaycan Bayrağı” ordenli Sevindik İsmayılov, Horadizə yenidən dövlət bayrağımızı sancan Şakir Bayramov və digərləri Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə göstərib.
Mərasimdə qeyd edilib ki, 1996-cı ildən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Bu dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.
Diqqətə çatdırılıb ki, təkcə son 12 ildə Prezident İlham Əliyev Füzuli rayonuna 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 6 Sərəncam imzalayıb. Dövlətimizin başçısı 2014-cü il avqustun 28-də Füzuliyə sonuncu səfəri zamanı Horadiz şəhərində Bayraq meydanının, Boulinq zalının, tikiş fabrikinin, rayon İcra Hakimiyyətinin inzibati binasının, uşaq bağçasının, tarix-diyarşünaslıq muzeyinin, işğal dövrü yandırılmış və dağıdılmış 227 fərdi evin və kommunal yaşayış binasının, Qəhrəmanlar parkının, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib. Dövlətin yüksək qayğısı ilə əhatə olunan Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib. Bu gün cəbhə bölgəsində yerləşən Füzulinin işğaldan azad olunmuş ərazilərində müharibənin dağıntılarından əsər-əlamət qalmayıb. Hər tərəfdə gözəlliyin, səliqə-sahmanın, inkişafın, insanların xoş günlərinin şahidi olmaq mümkündür.
Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin də düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

