Regionların dinamik inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin strateji hədəfidir
06.02.2016 [10:14]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 5-də Salyandakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə dövlətimizin başçısının əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dinamik inkişafı və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Görüşdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayonda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Salyan şəhərini Babazanlı yaşayış massivi ilə birləşdirən körpünün tikintisi başa çatdırılıb, dördmərtəbəli “Biznes mərkəzi”, Peyk kəndində 220 şagird yerlik yeni məktəb və Salyan rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasının binaları istifadəyə verilib. Hazırda Qarabağlı və Kürqaraqaşlı kəndlərində hər biri 100 çarpayılıq uşaq bağçalarının, ərazi kənd təsərrüfatı idarəsinin, Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seydan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək deyib ki, regionların və bütövlükdə ölkənin dinamik inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin strateji hədəfidir. Nazir regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri diqqətə çatdıraraq bildirib ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. “Yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan iqtisadi islahatlar neft amilindən asılılığı azaldıb. İnsan amili Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən maaşların, pensiyaların, sosial müavinətlərin artırılması bunun bariz nümunəsidir”, - deyə nazir vurğulayıb.
Qeyd olunub ki, dövlətimizin başçısı tərəfindən son günlərdə imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması özəl bölmənin inkişafına hesablanıb və Salyan rayonu da bu baxımdan istisna təşkil etmir. Yeni iş yerlərinin yaradılması da əsas məsələlərdən biridir və ölkədə 30-40 min yeni iş yerinin yaradılması gözlənilir.
Nazir deyib ki, qeyri-neft sektorunun inkişafı üçün torpaqlardan səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır. Aşağı faizlə uzunmüddətli kreditlərin verilməsi bu sahələrin perspektivini stimullaşdırır. Salyanın iqtisadi potensialına toxunan nazir bildirib ki, rayonun böyük resursları, infrastrukturu var. Bu potensialdan səmərəli istifadə edilməli, pambıqçılıq, üzümçülük, taxılçılıq və aqrar sektorun digər sahələrində əsaslı irəliləyişə nail olunmalıdır. Kür çayının imkanlarından maksimum istifadə edilməklə, balıqçılığı genişləndirmək mümkündür. Bütün bunlar isə yüzlərlə yeni iş yerləri deməkdir.
Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasının ölkənin, eləcə də Salyanın inkişafına böyük imkanlar yaratdığını söyləyib.
Görüşdə bir sıra təkliflər səsləndirilib, qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, bəziləri ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Çıxış edən ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

