Xəzər rayonunda 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
11.02.2016 [09:55]
Xəzər rayonunda 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, hüquq-mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin Xəzər rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Daha sonra rəsmi qonaqlar mədəniyyət mərkəzinin foyesində yerləşdirilən rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanış olublar. Eləcə də Xəzər rayonunun sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 2015-ci ildə Xəzər rayonunda görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 2015-ci il bütünlükdə Azərbaycan Respublikası, o cümlədən Xəzər rayonu üçün uğurlu olub. Azərbaycanın regionları ilə yanaşı, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı sürətlə davam edib. 2015-ci ildə rayonun sosial-iqtisadi həyatının bütün sahələrində yüksək inkişafa nail olunub.
Daha sonra məruzə ətrafında “MB Qrup” Şirkətlər Qrupunun baş direktoru Fərrux Qasımov, ORİNTEÇ MMC-nin Baş direktoru Nizami Heybətov, 149 saylı məktəbin direktoru Rəhilə Baxşıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış ediblər. Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək dünyanın dərin siyasi, maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən, hərtərəfli düşünülmüş siyasəti nəticəsində ölkəmizdə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu və həyata keçirilən tədbirlər nəticəsində bu inkişafın davam edəcəyinə əminliyini bildirib. O qeyd edib ki, hazırda cəmiyyətin bütün sahələrində islahatlar sürətlə davam etdirilir və bu islahatlar nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev tədbirdə çıxış edərək görülən işlərə münasibət bildirməklə yanaşı, qarşıda duran vəzifələr haqqında da fikirlərini ifadə edib.
Xəbər lenti
Hamısına baxElm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15

