Salyanda “Qarabağlı” kollektiv istehsalat təsərrüfatı yaradılıb
17.02.2016 [10:00]
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, iri təsərrüfatların yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı verdiyi tapşırıqlar Salyanda uğurla icra olunur. Bu məqsədlə rayonun Qarabağlı kəndində ilk kollektiv istehsalat təsərrüfatı yaradılıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağlı” kollektiv istehsalat təsərrüfatının təsis yığıncağında mülkiyyətçilər, pay torpaq sahibləri iştirak ediblər.
İri təsərrüfatların sayı artırılacaq
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr barədə məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirib ki, indi əsas diqqət qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin sürətli inkişafına yönəlib. Bu məqsədlə iri təsərrüfatların yaradılması vacib məsələdir və rayonda artıq müəyyən layihələrin icrasına başlanıb. “Qarabağlı” kollektiv istehsalat təsərrüfatının yaradılmasını bunun əyani nümunəsi kimi səciyyələndirən İcra Hakimiyyətinin başçısı, belə təsərrüfatların sayının artacağını söyləyib.
“Qarabağlı” kollektiv istehsalat təsərrüfatı dörd kəndin ərazisində 1000 hektarlıq ərazini əhatə edir
Qeyd olunub ki, belə təsərrüfatlar sərmayələr üçün cəlbedici olmaqla yanaşı, həm də ixracyönümlü məhsul istehsalında daha böyük imkanlara malikdir. Dövlətin kənd təsərrüfatına xüsusi qayğısından danışan mülkiyyətçilər Azər Ağayev, Rövşən Həsənov və digərləri bildiriblər ki, məhz bu amil onları yeni təsərrüfat subyekti yaratmağa ruhlandırıb. Elə bu səbəbdən də 1937 pay sahibi birləşərək, “Qarabağlı” kollektiv istehsalat təsərrüfatını təsis edib. Yığıncaq iştirakçılarına məlumat verilib ki, təsərrüfat Qarabağlı, Kərimbəyli, Təzəkənd və Kolanlı kəndlərində 1000 hektar torpaq sahəsini əhatə edir.
Təsərrüfatda 500 yeni iş yeri açılacaq
Burada 500 hektar buğda, 200 hektar arpa, 100 hektar bostan-tərəvəz, 80 hektar çoxillik ot bitkilərinin əkini, 20 hektarda isə istixanaların salınması və 500 yeni iş yerinin açılması nəzərdə tutulub.
Sonra kollektiv istehsalat təsərrüfatının 11 nəfərdən ibarət idarə heyəti seçilib və qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət ünvanlanıb.
Pay torpaq sahibləri, mülkiyyətçilər bu təşəbbüsü alqışladıqlarını söyləyib və sahibkarlıq üçün yaradılan əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Xəbər lenti
Hamısına baxSosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10

