Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edir
20.02.2016 [09:52]
Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Deniz Duran və yeni rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BQXK ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun köklü iqtisadi islahatların həyata keçirildiyini, məhkəmə-hüquq sisteminin inkişafı üzrə görülən məqsədyönlü tədbirləri vurğulayıb, ədliyyə, o cümlədən penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə işlərdən danışıb. F.Məmmədov həyata keçirilən tədbirlərdə BQXK-nın dəstəyini qeyd edərək xanım E.Sesseraya uğurlu fəaliyyət arzulayıb.
Həmçinin məhkumların tibbi təminatının köklü şəkildə yaxşılaşdığı, BQXK ilə sıx əməkdaşlıq nəticəsində penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilərək BQXK-nın tövsiyəsi ilə ölkəmizin bu müsbət təcrübəsindən artıq 10-dan çox dövlətin bəhrələndiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ötən il Azərbaycan Hökuməti ilə BQXK arasında Komitə nümayəndələrinə azadlıqdan məhrumetmə yerlərinə maneəsiz baş çəkməyə səlahiyyət verən Sazişin qüvvədə olma müddətinin uzadılmasının qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə əlavə təkan verdiyi vurğulanıb.
BQXK-nın Azərbaycan ilə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin uğurlu nəticələrini qeyd edən D.Duran ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə məhsuldar və yüksək səviyyədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Azərbaycanda gedən islahatların şahidi olduğunu söyləyərək məhkumların saxlanma şəraitinin, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması üzrə qazanılan nailiyyətləri təqdir edib, xoş təəssüratlarını bölüşüb.
Komitə nümayəndəliyinin yeni rəhbəri xanım E.Sessera ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı tədbirləri, iqtisadi çətinliklərə baxmayaraq, bu sahədə fəaliyyətin uğurla davam etdirilməsini məmnunluqla qarşılayıb. O, BQXK ilə Azərbaycan arasında səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə əməkdaşlığın prioritetləri, habelə qanunvericilik, məhkumların saxlanma şəraiti və digər maraq doğuran məsələlər müzakirə edilib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

