Xocalı soyqırımı uşaqların gözü ilə...
23.02.2016 [09:46]
Bakı Oxford Məktəbinin 4-cü sinif şagirdi Nigar Quliyeva: Xocalını heç vaxt unutmayacağıq!
Ermənistan ordusunun Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 24 il ötür. 1992-ci ilin 26 fevralında baş vermiş bu insanlığa qarşı cinayət aktının qurbanlarının xatirələri xalqımız tərəfindən unudulmur. Azərbaycan dövlətinin məqsədyönlü siyasəti və beynəlxalq miqyasda həyata keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə təqdim olunur. Artıq bir sıra ölkələr tərəfindən bu faciə Ermənistanın törətdiyi soyqırımı kimi qəbul olunub.
Eyni zamanda, görülən uğurlu işlərin nəticəsidir ki, milli faciəmiz xalqımızın yaddaşında yaşadılır, böyüməkdə olan nəslə aşılanır. Bu həm də ona görə vacibdir ki, gələcəyimiz olan yeni nəsil tarixi həqiqətləri daha yaxşı qavramaqla ümumxalq işinə öz töhfəsini versin, düşmənini dostundan seçə bilsin.
Əlbəttə, milli faciələrimiz haqqında həqiqətlərin təbliğ olunması, yaddaşlarda yaşadılması üçün dövlətin gördüyü tədbirlərlə yanaşı, hər bir fərdin də üzərinə böyük məsuliyyət düşür. Hər birimiz öz ailəmizdə övladlarımızı düzgün tərbiyə etməli, tariximizi onlara düzgün çatdırmalıyıq. Bu, dövlətimiz və xalqımız qarşısında müqəddəs borcumuz, daha uğurlu gələcək naminə vəzifəmizdir. Bu yazıda haqqında danışacağımız 4-cü sinif şagirdi Nigar Quliyevanın nümunəsində də görürük ki, düzgün və vətənpərvər ruhda tərbiyə alan uşaqlarımız milli faciələrimizi, o cümlədən Xocalını əsla unutmurlar, düşməndən qisas almaq arzusu ilə böyüyürlər.
Bakı Oxford Məktəbinin 4-cü sinif şagirdi olan Nigar Quliyeva uşaq yaddaşında yaşatdığı Xocalı soyqırımını yaddan çıxarmayacağını bu sözlərlə ifadə edir: “Heç vaxt unutmayacağıq!
26 fevral 1992-ci ildə Ermənistan Xocalını işğal etməyə başladı. 613 nəfəri öldürdülər, onların başını kəsdilər, 8 ailəni məhv etdilər. Orada heç kəs qalmadı. Rusiya ermənilərə bəzi avadanlıqlar - tanklar, silahlar verdi. Oradan heç bir səs gəlmirdi”.
Balaca Nigarın o dəhşətli gecəni görmədən, sadəcə, eşitdikləri, ona danışılanlar əsasında ifadə etdiyi təsvirlər xüsusilə ibrətamizdir. O, Xocalı soyqırımını yaddaşına belə həkk edib: “Gecə vaxtı idi, hər kəs evdə idi. Partlayış! Tanklar şəhərə girdi və insanları qətlə yetirməyə başladılar. Tanklar Xocalıda dolaşırdı. Bu, qatil erməni əsgərləri idi. Onlar insanları öldürürdülər. İnsanların bir qismi Ağdama getdi, digərləri öldürüldü, bəziləri isə itkin düşdü. Ermənistan prezidenti Serj Sarkisyan cinayətkar və terrorçudur. Ermənilər bizi qorxutmaq istəyirdilər. Sonra Xocalıya böyük bir sükut çökdü, Xocalıdan səs gəlmirdi. Sən haradasan, Xocalı...?!”.
Bu nümunələrdə diqqət çəkən məqamlardan biri də mətnin ingilis dilində qələmə alınmasıdır. Dövlətimizin həyata keçirdiyi siyasətin hədəflərindən biri də, təbii ki, yetişməkdə olan nəslin xarici dillərə yiyələnməsi, Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə daha geniş və əhatəli çatdırmaq imkanlarına malik olmasıdır. Ona görə də balaca Nigarın Xocalıda baş verənlərlə bağlı öz düşüncələrini ingilis dilində çatdırması uşaqlarımızın artıq bu potensiala sahib olduqlarını da göstərir.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, milli yaddaşımız bütövdür, tamdır. Xalqımızın keçmişi, azərbaycanlılara qarşı törədilmiş faciələr milli yaddaşımızda qorunur, gələcək nəsillərə ötürülür, qisas almaq üçün!
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

