Suraxanı rayonunda əhalinin pulsuz tibbi müayinəsi uğurla davam edir
22.04.2016 [10:05]
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, sakinlərin tibbi müayinəsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada keçirilir. Aprelin 21-dək rayon üzrə 127 min 152 nəfər və 139 kollektivin üzvləri tibbi müayinədən keçib. 4 min 186 nəfər sakində müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 184 nəfər stasionar müalicəyə cəlb edilib, 201 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
Tibbi müayinənin aparıldığı müəssisələrdən biri də 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Xəstəxananın baş həkimi Zümrüd Abdullayeva bildirib ki, uzun müddət həkimə müraciət etməyən sakinlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Tibbi müayinə başlayandan bu günə qədər 16 min 92 nəfər tibbi müayinədən keçib. Onlardan 375 nəfəri rentgen, 591 nəfəri USM aparatından, 4 min 394 nəfəri laboratoriya, 715 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçənlərdən 389 nəfərdə xəstəlik aşkarlanıb. Onlardan 39 nəfəri stasionar müalicəyə götürülüb. Baş həkim deyib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Əmircan qəsəbə sakini Tofiq Nəsirov 13 nömrəli xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib. O, ölkə vətəndaşlarının qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq edib.
Qəsəbənin digər sakini Gülnaz Əhmədova deyib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

