/ / Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib
Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib
22.04.2016 [10:12]
Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat əldə etmələri üçün elektron nəşrin rus dilində də versiyası hazırlansın. Hazırda Kitabxananın əməkdaşları bu işi başa çatdıraraq elektron nəşrin rus dilində versiyasını http://www.armenianvandalism.az domeni vasitəsilə istifadəçilərə təqdim edib.
Hər üç dildə istifadəçilərin ixtiyarına verilən bu elektron nəşrdə işğal altında qalan ərazilərimizdəki və Ermənistan ərazisində qalan 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası təqdim edilib. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib. Elektron nəşrin “Fotoittiham” fəslində erməni vandalizminin əyani görüntülərini özündə əks etdirən 160-dan artıq şəkil yerləşdirilib.
Prezident Kitabxanasında istər müasir Azərbaycan və Ermənistan ərazilərində, habelə Türkiyə ərazisində ermənilərin törətdikləri kütləvi qırğınların, həyata keçirdikləri soyqırımlarının, deportasiyaların və etnik təmizləmələrin, terror aktlarının miqyasını dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli şəkildə iş aparılır. Kitabxananın mütəmadi olaraq yenilənən “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” və eləcə də “Vətən tarixi” seriyasından daha əvvəl istifadəyə verilmiş “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşrləri ermənilərin əsl simalarının dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında mühüm virtual məlumat bazası rolunu oynayır. İstifadəyə verildiyi vaxtdan keçən müddət ərzində adları çəkilən elektron nəşrlərin hər birinə 10 minə yaxın istifadəçi müraciət edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

