İsmayıllıda bağçılıq, tütünçülük və baramaçılığın perspektivləri müzakirə olunub
18.06.2016 [11:15]
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 17-də İsmayıllıda olub.
AZƏRTAC xəbər verir ki, işçi qrupu rayonun Qubaxəlilli nümayəndəliyi ərazisində taxıl əkinlərinə, Azərbaycanda yeganə kolxoz təsərrüfatı kimi fəaliyyət göstərən Nikitin adına kolxozda heyvandarlıq kompleksi və taxıl sahələrinə, habelə İsmayıllı şəhərində inşa edilən “Yaşıl marketə” baxış keçirib, mütəxəssislərlə, sahibkarlarla fikir mübadiləsi aparıb, onların qayğı və problemləri ilə maraqlanıblar.
Sonra rayon İcra Hakimiyyətinin iclas zalında fermerlərin, sahibkarların, təcrübəli təsərrüfatçıların, mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni açan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllıda aqrar sektordakı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, rayonun 207 min 372 hektar ümumi torpaq fondu var, bundan 113 min 973 hektarı kənd təsərrüfatı təyinatı torpaqlardır. Bu sahənin də 84 min 840 hektarı yararlıdır. Təkcə keçən il rayon üzrə taxıl istehsalı 21min 274 ton artaraq 104 min 824 tona çatıb. Dəmyə şəraitində məhsuldarlıq 36,3 sentner təşkil edib. Bu ilin məhsulu üçün 29 min 312 hektarda taxıl yetişdirilib və hazırda arpa biçilir. Həmçinin əvvəlki illərdən fərqli olaraq cari ildə Almaniyadan yüksək reproduksiyalı toxumluq kartof gətirilərək əkilib. Ümumiyyətlə, rayonda ilk dəfə olaraq sənaye üsulu ilə 165 hektar sahədə kartof əkini həyata keçirilib. Məhsul istehsalında ildən-ilə artım nəzərə alınaraq, kartof emalı zavodu tikilir. Sentyabr ayında istismara verilməsi nəzərdə tutulan müəssisədə digər meyvə məhsulları da emal olunacaq.
Bölgədə üzümçülük də inkişaf etdirilir. Son illərdə 300 hektarda yeni plantasiyalar salınıb. Ənənəvi sahələr olan tütünçülüyün və ipəkçiliyin inkişafı istiqamətində tədbirlər görülür. Habelə, kənd təsərrüfatının digər sahələrinin, o cümlədən heyvandarlığın inkişafı da diqqət mərkəzindədir.
Müşavirədə işçi qrupun rəhbəri, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, dövlət başçısının qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının gəlirli sahələrinin inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrdən, verdiyi konkret tapşırıqlardan danışıb. Ötən əsrin 90-cı illərinin ortalarında Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatların bu gün öz bəhrəsini verdiyini diqqətə çatdıran A.Əmiraslanov kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğulayıb.
Prezident Administrasiyasının rəsmisi aqrar sektora göstərilən dövlət dəstəyini bir daha diqqətə çatdıraraq, bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsinin, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən danışıb. Hərtərəfli dövlət dəstəyi olan kənd təsərrüfatında subsidiyalardan səmərəli istifadənin vacibliyini bildirən işçi qrupun rəhbəri bu sahənin idarə edilməsi işinin yaxşılaşdırılmasının, yeni texnologiyaların tətbiqinin, kənd təsərrüfatı bazarının yaradılmasının əhəmiyyətini qeyd edib, “Yaşıl market”lərin, fermer mağazalarının təşkilinin səmərəli olduğunu söyləyib.
A.Əmiraslanov İsmayıllıda kənd təsərrüfatının ənənəvi sahələrinin - taxılçılığın, heyvandarlığın, üzümçülüyün inkişafı ilə yanaşı, bağçılığın, tütünçülüyün, baramaçılığın da perspektivindən danışıb.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. Müşavirədə rayon üçün prioritet sahə olan bağçılığın inkişaf etdirilməsi, gələcəkdə 1000 hektar sahədə “Qızıl Əhmədi” alma sortu olan bağların salınması, tütünün qurudulması üçün avadanlıqların quraşdırılması və qəbul məntəqəsinin açılması, tut bağlarının salınması, süfrə üzümü sortlarının əkin sahələrinin genişləndirilməsi, meyvə-tərəvəz tədarükü üçün müvafiq təşkilatın yaradılması, soyuducu anbarların tikilməsi kimi təkliflər irəli sürülüb. Təkliflər müvafiq tədbirlər görülmək üçün nəzarətə götürülüb.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

