“İnsanlığa xidmət” adlı kitab işıq üzü görüb
21.06.2016 [10:08]
İlham Yaylaqalı oğlu Əliyevin “İnsanlığa xidmət” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Kitabda Azərbaycanda təbiət elminin inkişafında böyük xidmətləri olan görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, akademik Həsən Əliyevin elmi-ictimai fəaliyyətindən bəhs edilib. Akademik Həsən Əliyevin Azərbaycan təbiətinin, torpağının, meşələrinin qorunub saxlanılması və inkişafı sahəsində göstərdiyi xidmətlər elmi faktlar və sübutlarla oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, akademik əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edib.
Müəllif akademik Həsən Əliyevi Azərbaycan təbiətşünaslıq elminin banilərindən biri adlandırıb, bunu onun torpaq tədqiqat işləri aparması, elmi maarifləndirməyə xidmət edən monoqrafiyalar və əsərlər ərsəyə gətirməsi ilə əlaqələndirib. Eyni zamanda, müəllif akademik Həsən Əliyevi təbiətşünas alim Həsən bəy Zərdabinin davamçısı kimi xarakterizə edib, bunu faktlarla əsaslandırıb.
Kitabda Azərbaycanın zəngin meşələri, nadir ağac və bitkiləri haqqında da məlumat verilib, Azərbaycanda dövlət qoruqlarının yaradılmasının böyük hissəsinin ideya müəllifinin Həsən Əliyev olduğu bildirilib. Diqqətə çatdırılıb ki, fəaliyyətinin “insanlığa xidmət” missiyasına əsaslandığı H.Əliyevin bəhs olunan sahələrdəki uğur və xidmətləri olduqca yüksək qiymətləndirilir.
Müəllif, həmçinin Həsən Əliyevin sovet dövründə azərbaycanlı kadrların yetişdirilməsində, gənclərin elmə gəlişinin təmin edilməsində göstərdiyi xidmətləri xüsusi vurğulayıb, onun Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dönəmdə bu istiqamətdə mühüm addımların atıldığı bildirilib.
Akademik Həsən Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab həm də elmi faktlar və mülahizələrlə zəngindir. Bütövlükdə, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı bu istiqamətdə aparılan araşdırmalara əlavə - dəyərli bir töhfə kimi səciyyələndirmək olar.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

