Amnistiya aktı icra olunur
22.06.2016 [10:08]
Ümummilli lider Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. Bu amallara sadiq qalan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlament tərəfindən “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın qəbul edilməsi Ulu öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümüdür.
Cəmiyyətimizdə rəğbətlə qarşılanan və minlərlə ailəyə yüksək sevinc hissi bəxş edən amnistiya aktının Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam edən tədbirlər çərçivəsində iyunun 21-də nazirliyin Nəsimi və Sabunçu rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu humanist qərarın icrası həyata keçirilib.
Tədbirlərdə amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığı, humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş sayca dördüncü amnistiya aktının mahiyyətindən və əhəmiyyətindən bəhs edilib.
Amnistiya aktının Nəsimi və Sabunçu rayonları üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə bir gündə tətbiq edildiyi vurğulanıb.
Cəzadan azad olunan şəxslər dövlətimizin başçısı İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar bir daha cinayət törətməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.
Amnistiya aktının icrası davam etdirilir.
Xəbər lenti
Hamısına baxSosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25

