BSU tələbələri istehsalat təcrübəsinə başlayıblar
05.07.2016 [10:18]
Professor Nurlana Əliyeva: Hər bir tələbə təhsil aldığı universitetin nüfuzunu qorumalıdır
İyulun 4-də Bakı Slavyan Universitetinin (BSU) filologiya və jurnalistika, beynəlxalq münasibətlər və tərcümə fakültələrində təhsil alan III kurs tələbələrinin yay istehsalat təcrübəsinə başlamaları münasibəti ilə tədbir keçirilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva bir ay müddətində ölkənin müxtəlif ümumtəhsil müəssisələrində təcrübə keçəcək tələbələrə tövsiyələr verib, onlara uğurlar arzulayıb: “Hər bir tələbə təhsil aldığı universitetin adını, imicini, nüfuzunu qorumalıdır. Elə qorumalıdır ki, onun şəxsində təmsil etdiyi universitetin bütün mənzərəsi aydın olsun. Etik davranışı, münasibəti ilə elə bir mövqedə dursun ki, azərbaycançılıq idealogiyasını özündə ehtiva edən gözəl bir gəncin obrazını yaratsın. Təcrübə keçdiyiniz müəssisənin əməkdaşları şahid olsunlar ki, Bakı Slavyan Universitetinin gəncləri, doğrudan da, müasir gəncliyimizin adını qoruyan insanlardır. Bu şərəfi qorumaq hər birimizin borcudur. Bugünkü gəncliyimiz Vətənimizin gələcəyidir. O gələcəyin hansı səviyyədə olması sizin əlinizdədir”.
Tədbirdə çıxış edən beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, Təcrübə bölməsinin müdiri Yaqut Məmmədova, filologiya fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Sevinc Musayeva tələbələri təcrübə müddətində fəal olmağa və işlərinə ciddi yanaşmağa çağırıb, öz tövsiyələrini veriblər.
Qeyd edək ki, Bakı Slavyan Universiteti üzrə ümumilikdə 400 nəfər (137 nəfər filologiya və jurnalistika, 263 nəfər beynəlxalq münasibətlər və tərcümə fakültələri üzrə) tələbə Milli Məclis Aparatı, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Mərkəzi Seçki Komissiyası kimi qurumlarda, aparıcı KİV orqanlarında, müvafiq elm və tədris mərkəzlərində yay istehsalat təcrübəsi keçəcək.
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

