Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AGAT İlham Zəkiyev və Eldar Qasımovla görüş keçirib

AGAT İlham Zəkiyev və Eldar Qasımovla görüş keçirib

12.07.2016 [10:01]

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5-21 avqust tarixlərində Braziliyanın Rio-De Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına dəstək xarakterli “Rio-2016” Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası” çərçivəsində paralimpiya çempionu İlham Zəkiyev və 2011-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi, AGAT-ın sülh səfiri Eldar Qasımovla görüş keçirib. Görüşün əsas məqsədi idmançılarımıza dəstək istiqamətində müxtəlif aksiyalar, idmançılarla silsilə görüşlər və digər mədəni-kütləvi tədbirlər vasitəsilə insanların marağını Yay Olimpiya Oyunlarına cəlb etməkdir.
AGAT sədri Nərgiz Xələf tədbirdə çıxış edərək hər bir gəncə Azərbaycanın bayrağını yüksəltməyi arzu edib.
Sonra İlham Zəkiyev və Eldar Qasımovun əldə etdiyi uğurlar haqqında məlumat verilib. İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev idman sahəsinə gəlişindən, qazandığı uğurların sirlərindən danışıb və gənclərə öz sevdikləri sahə üzrə çalışmalarını arzulayıb. İ.Zəkiyev həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıqlar barədə də danışıb.
Eldar Qasımov da öz növbəsində Azərbaycan bayrağı altında ölkəmizi təmsil edən bütün gəncləri xalq olaraq dəstəkləməyin vacib olduğunu qeyd edib. Daha sonra məşhurlar gənc azarkeşlərin suallarını cavablandırıblar.
Sonda AGAT heyəti “Rio-2016” Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası” çərçivəsində görüləcək işlərin siyahısı ilə gənc könüllüləri tanış edib. Bildirilib ki, kampaniya ilə bağlı AGAT-ın email ünvanına müraciət edən 335 könüllüdən 110-nu seçim turunu keçib. Hazırda “Facebook” sosial şəbəkəsində “Rio-2016” Yay Oyunlarına Dəstək Kampaniyası”nın səhifəsi fəaliyyət göstərir. Səhifədə gündəlik olaraq “Rio-2016” Yay Olimpiya Oyunlarına dair yeni xəbərlər paylaşılır və kampaniya çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlər barədə məlumatlar yerləşdirilir. Həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarla gənc azarkeşlərin canlı ünsiyyətinin təşkil edilməsi, velotur, fləşmob və digər kütləvi əyləncələr vasitəsilə əhalinin müxtəlif qrupları arasında idman əhval-ruhiyyəsinin yaradılması, daha geniş auditoriyanı əhatə etmək üçün layihənin videoçarxının hazırlanması və onun sosial şəbəkələrdə yayılması da nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31