Azərbaycan Ordusunun şəhid olmuş hərbçisi Mingəçevirdə dəfn edilib
12.07.2016 [10:06]
Azərbaycan Ordusunun şəhid olmuş hərbçisi Tağıyev Rahim Qara oğlu iyulun 10-da Mingəçevir şəhərində dəfn edilib.
AZƏRTAC xəbər verir ki, şəhid hərbçi Rahim Tağıyevin nəşi Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Şəhidi son mənzilə yola salmaq üçün minlərlə mingəçevirli küçələrə axışıb. Şəhid Rahim Tağıyevin cənazəsi yaşadığı evdən Şəhidlər xiyabanınadək əllərində Azərbaycanın üçrəngli bayrağını tutan minlərlə insanın müşayiəti ilə aparılıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Onun əmrini gözlədiklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Rahim Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Tağıyev iyulun 10-da səhər saatlarında hərbi hospitalda dünyasını dəyişib.
Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. O, aprel döyüşləri zamanı ağır yaralandığı üçün Bakıdakı Hərbi Hospitalda müalicə edilirdi.
Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilmişdi. Rahim Tağıyev 3 ay 7 gün idi ki, koma vəziyyətində idi. Üç uşaq atası Rahimin yaxınlarının sözlərinə görə, son günlər onun səhhətində yaxşılığa doğru bir az irəliləyiş müşahidə edilirdi. Lakin hərbçi iyulun 10-da səhər saatlarında dünyasını dəyişib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

