“Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
12.07.2016 [10:06]
İyulun 11-də ADA Universitetində “Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrinin gəncləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqə haqqında danışıb. O qeyd edib ki, Xarici İşlər Nazirliyinin köməyi ilə 2011-ci ildən xarici tələbələr arasında keçirilən bu müsabiqədə iştirakçılar qarşısında bir sıra mövzularda esse yazmaq vəzifəsi qoyulur: “Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli lideri”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası”, “Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti”, “Azərbaycan əhalisi, onun dili, adət-ənənələri və dini inancı”, “Azərbaycanın beynəlxalq siyasətdə rolu”, “Azərbaycan və digər ölkələr: tarixi əlaqələr”.
Müsabiqənin əsas məqsədi xarici ölkələrin gənclərini Azərbaycanın milli mədəni və mənəvi irsi ilə tanış etmək, eləcə də ölkənin siyasi-iqtisadi vəziyyəti haqqında həqiqəti əks etdirən məlumatların yayılmasıdır.
İ.Babayev Azərbaycan, onun müasir tarixi, qısa müddətdə dövlətin bütün sahələrdə qazandığı uğurlardan danışıb. Ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirən ölkə rəhbərliyinin, o cümlədən Prezident İlham Əliyevin xidmətləri qeyd olunub.
Bildirilib ki, tezliklə Azərbaycanda müstəqilliyin 25 illik yubileyi qeyd ediləcək. İ.Babayev deyib: “Dünya tarixi miqyasında bu müddət kiçik hesab olunur, Azərbaycan üçün isə mühüm tarixdir. Birinci Avropa Oyunları, “Formula-1”Avropa Qran-prisi yarışları kimi böyük beynəlxalq tədbirlərin keçirilməsi bu gün Azərbaycanın rəyinə diqqət yetirilməsinə və ölkəmizə etimad göstərilməsinə şəhadət edir. Bu, böyük səylər hesabına başa gəlib”.
Braziliya, Meksika, Argentina, Hindistan, Litva, Monteneqro, Rumıniya, Serbiya, Fransa, Ukrayna və Çexiyadan olan tələbələr diplom və xatirə hədiyyələri ilə təltif edilib.
Ölkəmizə səfər çərçivəsində qonaqlar paytaxtın və digər şəhərlərin görməli yerlərini ziyarət edəcək, Azərbaycan mədəniyyəti, tarixi və ənənələri ilə birbaşa tanış olmaq imkanı əldə edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

