Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AZƏRTAC-ın fotomüxbirinin adı dünyanın ən yaxşı fotoqrafları siyahısındadır

AZƏRTAC-ın fotomüxbirinin adı dünyanın ən yaxşı fotoqrafları siyahısındadır

20.07.2016 [09:36]

Azərbaycan fotoqrafı, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun adı dünyanın ən yaxşı fotoqrafları siyahısına - Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) “Who’s Who in Photography 2015” (“Fotoqrafiyada kim kimdir 2015”) ənənəvi sorğu kitabçasına daxil edilib.
AZƏRTAC xəbər verir ki, sorğu kitabçasında ötən il altı nominasiyada uğur qazanan fotoqrafların adları yer alıb. Azərbaycan fotoqrafı “Fotojurnalistika” nominasiyasında fərqlənib. Bu nominasiya üçün fotoları son bir ildə PSA-nın himayəsi ilə dünyanın müxtəlif ölkələrində sərgilərdə azı 24 dəfə nümayiş etdirilən fotoqraflar seçilib. AZƏRTAC-ın fotojurnalisti 28 ekspozisiyada iştirak edib.
MDB ölkələrinin fotoqrafları arasında bu janrda bir rusiyalı və bir moldovalı fotojurnalist fərqlənib.
Qeyd edək ki, ötən il İ.Cəfərovun işləri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) və PSA-nın himayəsi ilə keçirilən sərgilərdə fotoqrafiyanın müxtəlif janrlarında yüz dəfədən çox nümayiş etdirilib və dəfələrlə yüksək beynəlxalq mükafatlara layiq görülüb.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31