III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları İvanovkada malakanların qonağı olublar
22.07.2016 [09:55]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi iyulun 21-də öz işini İsmayıllıda davam etdirib.
Tələbələr İsmayıllıda malakanların kompakt yaşadıqları İvanovka kəndinə səfər edərək yerli əhali ilə görüşüblər. Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarına kəndin tarixi və malakanların həyat tərzi, məişəti haqqında məlumat verilib. Bildirilib ki, İvanovka kəndinin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Son statistikaya əsasən, kənddə üç min nəfərdən çox əhali yaşayır. Deyilənlərə görə, kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə adlandırılıb.
İvanovka Azərbaycanda yeganə kolxoz olan kənddir. Əsası 1930-cu ildə qoyulan kolxozda 1000-ə yaxın təsərrüfat qeydə alınıb. Təbii qida məhsulları və içkiləri ilə məşhur İvanovkada istehsal olunan bir çox məhsullar satış üçün respublikanın bir çox ərazisinə göndərilir. Gigiyenik şəraitdə ağartı və qida məhsulları, eləcə də yağ, İvanovka çörəyi və içki olmaqla istehsal edilən bütün məhsullar təkcə kənd ərazisində deyil, respublikanın dörd bir yanında tələb olunan məhsullar sırasındadır. Kənddə istirahət günləri fəaliyyət göstərən diskoməkan yerli sakinlərlə yanaşı, rayona gələn turistlərin və qonaqların istifadəsinə verilir. İvanovka sakinləri tamamilə ruslar olsa da, adət-ənənələrində qədim rus ənənələri ilə yanaşı, Azərbaycanın adətlərini də görmək mümkündür.
İvanovka folklor qrupunun ifaları III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tələbələr İvanovkada malakan gəncləri ilə çay süfrəsi arxasında səmimi söhbət aparıblar.
Günün ikinci yarısında tələbələrin və yerli gənclərin iştirakı ilə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda “dəyirmi masa” keçirilib. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqları rayonda salamlamaqdan məmnun olduğunu bildirib və yay məktəbinin işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb. O, Azərbaycanın multikultural dəyərləri, tolerantlıq ənənələrinin təbliği və təşviqi ilə bağlı Bilik Fondunun həyata keçirdiyi layihələr haqqında məlumat verib. Qeyd edib ki, Bilik Fondu “Multikulturalizm ili”ndə multikultural dəyərlərə, tolerantlığa aid 50 mühazirə, 9 beynəlxalq və regional konfrans, 16 rayonda kitab təqdimatları keçirib.
İcraçı direktor Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bilik Fondunun indiyə qədər birgə təşkil etdikləri beynəlxalq multikulturalizm məktəblərinin Azərbaycan multikulturalizminin beynəlxalq ictimaiyyətə çatdırılması işinə böyük töhfələr verdiyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov və ABŞ-dan gəlmiş araşdırmaçı-jurnalist doktor Peter Teysin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da fərqli multikulturalizm modelləri haqqında tələbələrə məlumat verilib. “Dəyirmi masa”da ABŞ və Azərbaycan multikulturalizminin müqayisəli təhlili, multikulturalizmin Kanada, Avstraliya modelləri, Cənubi Amerikada multikultural durum haqda verilən məlumatlar tələbələrin böyük marağına səbəb olub. Qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.
Sonra Etibar Nəcəfov “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir” (Azərbaycan multikulturalizmi beynəlxalq multikulturalizm qış məktəbi iştirakçılarının - əcnəbi və yerli tələbələrin gözü ilə) - V virtual “dəyirmi masa” materiallarını təqdim edib.
“Dəyirmi masa”dan sonra beynəlxalq multikulturalizm məktəbinin bir qrup iştirakçısı Bilik Fondunun ilk regional layihəsi olan İsmayıllı Bilik Evində olub.
Günün sonunda Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon şöbəsinin təqdimatında “Milli mahnılar axşamı” tələbələrin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

