Nataliya Nikolayeva: Qəbələ, İsmayıllı və Şəkidəki yay məktəbindən xoş xatirələrlə ayrılacağam
26.07.2016 [09:42]
“Mən Qəbələdə keçirilən beynəlxalq yay məktəbində iştirak etmək üçün Rusiyadan gəlmişəm. Bir neçə gün ərzində Azərbaycanın rayonlarına səfər edərək burada çox məlumat əldə etdim. Hər gün multikulturalizmlə bağlı tədbirlərdə iştirak edərək bu sahədə daha da maariflənirik, tarixi abidələrə səyahət edirik, turizm obyektlərində dincəlirik”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransda və “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edən rusiyalı gənc Nataliya Nikolayeva deyib. O, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını çox sevindirici hal hesab edib. “Sizin ölkədə müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayırlar. Yay məktəbinin iştirakçıları ilə birgə Nic qəsəbəsində müsəlmanlar və xristianların necə dostluq şəraitində yaşamasının şahidi oldum. Biz orada udilərin toy mərasimində iştirak etdik və maraqlı adətlərlə tanış olduq. Bu da mənim üçün çox xoş oldu. Nic tolerantlığın kiçik modeli kimi bütün dünyaya nümunədir”, - deyə N.Nikolayeva vurğulayıb.
Nataliya Nikolayeva Qəbələ, İsmayıllı və Şəkinin ona xoş təəssürat bağışladığını və yay məktəbindən maraqlı xatirələrlə ayrılacağını deyib: “Sabah biz Oğuza, sonra isə Bakıya səfər edəcəyik. Burada müxtəlif ölkələrdən olan çoxlu dostlar qazandım. Rusiyaya qayıdanda tələbə yoldaşlarıma Qəbələdə gördüklərim barədə danışacağam, çəkdirdiyim xatirə şəkillərini göstərəcəyəm. Mən elə bilirdim ki, Rusiyanın şəhərlərindən müasir və gözəl yer yoxdur. Amma gördüm ki, Qəbələnin tam başqa cür əsrarəngiz gözəlliyi var. Qəbələ həm qədim, həm də müasir şəhərdir. İstərdim ki, ailə üzvlərimlə birgə yenə bura gəlim”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

