Ölkədə həyata keçirilən islahatlar Qubada müzakirə edilib
26.07.2016 [09:47]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə iyulun 25-də Quba şəhərinin Heydər Əliyev Mərkəzində “Yeni Hədəflərə Doğru” Vətəndaş Həmrəyliyinin gücləndirilməsi çərçivəsində “sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti” mövzusunda konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu barədə ətraflı danışıb.
O qeyd edib ki, həyata keçirilən genişmiqyaslı və fundamental islahatlar nəticəsində iqtisadi inkişafa, siyasi sabitliyə, qanunvericilik bazasının güclənməsinə nail olunub. Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsini, Elektron Hökumət portalının, “ASAN xidmət”in yaradılmasını, gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunmasını aparılan islahatların tərkib hissəsi sayan Rufiz Qonaqov Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklər edilməsinə dair Sərəncamı haqda geniş danışıb: “Dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı Konstitusiya islahatları həyata keçirilir. Zaman keçdikcə, yeni siyasi situasiya yetişdikcə Konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Azərbaycanda prezidentli respublika quruluşu olduğu üçün ölkə başçısına geniş səlahiyyətlər verilməlidir. Bu dəyişikliklərin ən böyük müsbət təsiri, şübhəsiz ki, Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş, cəmiyyətin etimadını doğrultmuş lideri var və bu, Prezident İlham Əliyevdir. O, Azərbaycanda alternativsiz siyasi liderdir. Bu mənada hesab edirəm ki, prezidentlik müddətinin artırılması bütün parametrlər üzrə vacibdir”.
Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa, “Facebook” sosial şəbəkəsində “İnkişaf Qrupu”, eləcə də “Ağ Yol” qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s. islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.
Quba şəhər İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova ölkədə, o cümlədən Quba şəhərində görülən işlər barədə konfrans iştirakçılarına geniş məlumat verib. O bildirib ki, ölkədəki islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir: “Bu gün Azərbaycandakı iqtisadi inkişaf, siyasi sabitlik Quba şəhərindən də yan keçməyib. Şəhərimizdə aparılan quruculuq-abadlıq işləri son illər daha da sürətləndirilib. Fermerlərə dövlət səviyyəsində dəstək verilib. Burada aqrar sektor nəzərəçarpacaq səviyyədə inkişaf edib. Quba şəhərinin ölkədəki inkişafda xüsusi payı var. Düşünürəm ki, yaxın gələcəkdə Quba Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olacaq. Bunun üçün potensial mövcuddur. Həm coğrafi mövqeyimiz, turizm üçün imkanlar, həm də əlverişli münbit torpaq sahəsinin bol olması Qubanın perspektivini yüksəldir”.
Quba Regional Resurs Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev Azərbaycanın son 20 ildə demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu qət etdiyini diqqətə çatdırıb: “Azərbaycanda hüquqi dövlət qurulub. Biz hazırda dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi tellər mövcuddur. Quba əhalisi də daim dövlətimizin keşiyində durub. Quba gəncləri ölkədəki ictimai-siyasi, mədəni tədbirlərdə fəal iştirak edirlər. Şəhərimizdə kifayət qədər kadr potensialı var və onlar müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu gün ölkədə əldə olunan uğurlarda qubalıların da payı var. Aparılan siyasət vətəndaşın inkişafına xidmət edir. Vətəndaşın inkişafı, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sonda Azərbaycanın dövlət olaraq güclənməsinə gətirib çıxaracaq”.
“Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov Azərbaycanda, o cümlədən Quba rayonunda aparılan islahatlardan danışaraq qeyd edib ki, məhz görülən işlərin nəticəsidir ki, Quba daim mətbuatın diqqət mərkəzində olub: “Azərbaycan mətbuatı Qubada baş verən hadisələrə həssaslıqla yanaşır. Bu da rayonumuzun əhəmiyyətindən xəbər verir. Rayonumuza göstərilən dövlət qayğısı hər birimizin həyatında hiss olunmaqdadır. Biz ölkə rəhbərliyinin apardığı xarici və daxili siyasətə daim dəstək olmuşuq. Qubalılar hər zaman dövlətçiliyin tərəfində olub və bundan sonra da belə olacaq”.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış edərək bildirib ki, rayon gəncləri ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmır, proseslərdə çox aktiv iştirak edirlər: “Dövlətin gənclərlə bağlı siyasəti, hər yerdə olduğu kimi, Qubada da öz müsbət təsirlərini göstərməkdədir. Rayonumuzun gəncləri ali məktəblərə qəbul imtahanlarında, yerli və beynəlxalq idman yarışlarında uğurlu nəticələr əldə ediblər. Rayonumuzda inşa edilmiş Olimpiya və digər idman kompleksləri, Gənclər Mərkəzi, parklar və s. iaşə obyektləri gənclərimizin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan verir. Quba gəncləri ölkə rəhbərliyinin siyasətini dəstəkləməklə bərabər, daim dövlətçiliyimizin güclənməsi üçün əllərindən gələni ediblər”.
Qəçrəş kənd orta məktəbinin direktoru Mehparə Rüstəmova Quba təhsilinin bugünkü durumu və rayon qadınlarının ictimai-siyasi proseslərdəki rolu barədə ətraflı çıxış edib. O qeyd edib ki, rayonda təhsilin inkişafı üçün gərəkən addımlar atılıb: “Quba şəhəri təhsilin səviyyəsinə görə digər şəhər və rayonlardan daha öndədir ki, bu da təsadüfi deyil. Bizim rayonda elm və təhsilə hər zaman böyük maraq olub. Xüsusilə də, burada qadınların təhsil almasına diqqət göstərilir. Mən inanıram ki, yaxın gələcəkdə Quba şəhəri bütün parametrlər üzrə daha da inkişaf edəcək”.
Konfrans müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54

