Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / KİVDF 27 qəzetə maliyyə yardımı ayırıb

KİVDF 27 qəzetə maliyyə yardımı ayırıb

26.07.2016 [09:50]

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib.
APA-nın KİVDF-nin saytına istinadən verdiyi məlumata görə, iclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31