“Gilan Holding” KİV nümayəndələri üçün info-tur təşkil edib
27.07.2016 [09:53]
İyulun 23-də “Gilan Holding” tərəfindən KİV nümayəndələrinin Qəbələ şəhərində yerləşən “Gilan Qəbələ Konserv Zavodu”na info-turu təşkil olunub. APA-nın məlumatına görə, info-tur zamanı jurnalistlər “Gilan Qəbələ Konserv Zavodu”nun kartof çipsi, donmuş kartof friləri, limonad və meyvə suyu istehsal edən fabriklərinin iş mexanizmi ilə tanış olublar.
“Gilan Holding”in İnformasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidov jurnalistlərə bildirib ki, Gilan Qida Şəhərciyində 2006-cı ildən meyvə suyu, 2014-cü ildən isə limonad və çipsi istehsalı fabrikləri işə başlayıb: “Hal-hazırda hər üç zavodda 850 nəfər işçi çalışır. Şirkət tərəfindən ümumilikdə 37 adda məhsul satışa çıxarılır. 30-dan çox xarici ölkəyə isə məhsullar ixrac olunur.
2005-ci ildə əsası qoyulan “Gilan Qəbələ Konserv Zavodu”nun istehsal etdiyi məhsullar isə təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Çin, Yaponiya, Avstraliya, Yeni Zellandiya, BƏƏ, İran, Türkmənistan, Estoniya, Latviya, İtaliya və Fransa da daxil olmaqla müxtəlif ölkələrə ixrac olunur”.
Nəzərinizə çatdıraq ki, 25 ha sahədə yerləşən Qəbələ Konserv Zavodunda təxminən 100 çeşid məhsul istehsal edilir və bu müəssisə İtaliya, İsveçrənin müasir və avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunub.
“Gilan Holding”in bazara çıxardığı daha bir brendi olan “Chipsim” markası barədə də məlumat verən R. Seyidovun sözlərinə görə, “Chipsim” markasının əsası 2013-cü ildə qoyulub. Hazırda paprika, şüyüdlü, klassik, pendirli, tomatlı, xama və soğanlı çeşidləri mövcuddur. Dondurulmuş kartof istehsalı fabrikində isə “Alma dilimi” adlı kartof friləri istehsal olunur. Kartof emalı bölümündə beynəlxalq TUV AUSTRİA İSO-22000:2005 FSSC, İSO-22761:2007 GMP uyğunluq və gigiyenik sertifikatları alınıb.
Zavodun kartof emalı müəssisəsinin sahə rəhbəri Əliismayıl Cəfərov deyib ki, zavodda “Lediikleer Fasan” ve “Ledirozetta” kartof sortlarından çipsi istehsalı üçün, “Allegriya” sortundan isə donmuş kartof istehsalında istifadə edilir: “Hazırda zavodumuz tərəfindən kartof emalında Almaniya ve Hollandiyada yetişdirilmiş kartof sortlarından istifadə edilir. Bundan başqa, Qəbələ rayonunun da dağlıq zona olması və əlverişli iqlim şəraiti də imkan verir ki, müəssisə ilboyu öz yerli məhsullarından dadlı ve keyfiyyətli çipsi ve fri məhsullarını istehsal edərək daxili bazarın idxaldan asılılığını aradan qaldırsın. Qəbələ Konserv Zavodunun Xanlar rayonu, Qəbələnin Qaş bölgəsində, Goranboyda, Samuxda da özünəməxsus kartof sahələri var”.
Ə.Cəfərov əlavə edib ki, zavodda çipsi istehsalı xətti üzrə saatda 1 ton hazır məhsul istehsal olunur, bu da gün ərzində 8 saatlıq iş rejimi üçün 8 ton deməkdir: “Fri istehsalı sahəsində isə saatda 3 ton məhsul emal olunur. Çipsi istehsalı zamanı kartofun anbarda nəql olmağa başlamağı ilə paketə yığılması arasında təxminən 45-50 dəqiqə vaxt keçir. Hazırda zavodun istehsal etdiyi çipsilərin 20, 75, 150 qramlıq paketləri satışa çıxarılır. Paketlərin yararlılıq müddəti isə 6 aydır”.
Bildirək ki, “Gilan Holding”in meyvə emalı müəssisəsi 2006-cı ildə istehsala başlayıb və qısa müddətdə daxili bazarın böyük hissəsini sahiblənib. Zavod 5000 tonluq hazır məhsul saxlanma anbarı və yarımfabrikat soyuducu anbarlarla təchiz olunub.
Qəbələ Konserv Zavodunun meyvə suyu istehsalı bölümündə beynəlxalq TUV AUSTRİA İSO-22000:2005 FSSC, İSO-9001:2005, ECOCERT-orqanik, kosher, uyğunluq və gigiyenik sertifikatlar, limonad istehsalı bölümündə isə beynəlxalq TUV AUSTRİA İSO-22000:2005 FSSC, İSO-9001:2005, uyğunluq və gigiyenik sertifikatlar alınıb.
Qeyd edək ki, dünyanın ən son müasir texnoloji avadanlıqları ilə təchiz olunmuş bu zavodda meyvə suyu istehsalı üçün saatda 25 min ədəd şüşə vura bilən İtaliyanın və İsveçrənin müştərək şirkətlərinin xətləri quraşdırılıb. Meyvə suyu istehsalı sahəsində məhsulların istehsalı və saxlanılması beynəlxalq standartlara uyğun şəkildə aparılaraq xüsusi testlərdən keçirilir, daha sonra daxili və xarici bazarlarda satışa çıxarılır.
R.Seyidov deyib ki, zavod ehtiyacı olan albalı məhsulunu İrandan, bananı Braziliyadan, portağalı konsentrant formasında əsasən Afrikadan alır. Yerli məhsullardan isə ən çox nar və alma alınır. “Gilan Holding”in yeni layihəsi haqda da jurnalistləri məlumatlandıran R.Seyidov bildirib ki, zavod artıq pepsi məhsulu da istehsal edəcək: “Pepsi istehsalı üçün artıq “Pepsi-CO İnternational”dan xüsusi lisenziya da alınıb. İstehsal olunan “Pepsi”lər hələ ki ilkin olaraq yarım litr həcmində olacaq və bazar qiyməti ilə eyni satılacaq”.
Zavodun laborator fəaliyyətindən söz açan “Gilan Holding”in keyfiyyətə nəzarət müdiri Kamil İsmayılovun sözlərinə görə, laboratoriya analizləri məhsulun istehsalına başlayandan sona qədər davam edir: “Məhsulların saxlanma müddəti onların çeşidlərinə görə dəyişir. Çipsilər üçün 6 ay, kartof friləri üçün isə bir il yarım müddət nəzərdə tutulur”.
Avropanın bir çox ölkələrinə - ABŞ, Hollandiya, Çin, Gürcüstan da daxil MDB ölkələrinin hər birinə, Türkiyəyə məhsul ixracını gerçəkləşdirən “Gilan Holding”in istehsal etdiyi çipsilər hələki ölkədaxili tələbatı qarşılayır. Gələcəkdə isə ixrac üçün də istehsalı gözlənilir.
Son olaraq “Gilan Holding”in “Açıq qapı” kampaniyasından söz açan R.Seyidov vurğulayıb ki, “Gilan Holding” Qida Şəhərciyi olaraq qida sənayesində yeganə şirkətdir ki, istər təşkilat, istər universitet, istər məktəblər üçün “Açıq qapı” günü elan edib. Artıq 2011-ci ildən bu kampaniyaya start verən şirkətə istənilən şəxs gələrək istehsal prosesi ilə yaxından tanış ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

