Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçirilib
30.07.2016 [10:14]
Gəncədə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, universitetlərin prorektorları və gənclər təşkilatlarının sədrləri iştirak edib.
Forum öz işinə Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, 3 paneldən ibarət olacaq forumda gənclər təşkilatlarının dövlət gənclər siyasətinə verə biləcəyi töhfələr haqqında fikir mübadiləsi aparılacaq. Forumun yekununda tələbə gənclər təşkilatlarının gələcək inkişafı üçün qərarlar qəbul ediləcək.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxışında qeyd edib ki, ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir və burada ATGTİ-nin rolu danılmazdır. Tələbə gənclər təşkilatları hər zaman innovativ təşəbbüslərlə çıxış edərək, həm paytaxtda, həm də regionlarda gənclərin şəxsi inkişafına yönələn tədbirlər həyata keçirirlər.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, Azərbaycanda həyata keçirilən tələbə gənclər siyasəti dünya üçün örnəkdir. Dövlətimizin gənclərə diqqət və qayğısı hər bir sahədə özünü göstərir. Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında vurğulayıb ki, Tələbə Gənclər Təşkilatlarının I Regional Forumunun “Avropa Gənclər Paytaxtı” olan Gəncədə keçirilməsi bu şəhərdə gənclərin fəallığından xəbər verir. Gəncə şəhərində təhsil alan və yaşayan gənclər daim dövlət gənclər siyasətinə öz töhfələrini verirlər.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov çıxış edərək, cəmiyyətdə gənclərin rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə fəal mövqedən çıxış edirlər.
Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərlə aparılan işlərdən ətraflı bəhs edib, onların şəhər təşkilatının tədbirlərində fəallıqları ilə seçildiyini, gənclərin bütün sahələrdə irəli çəkildiyini vurğulayıb. Həmçinin bildirilib ki, dövlət gənclər siyasəti nəticəsində Gəncə 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” seçilib. Bu məqsədlə Gəncədə yüzlərlə yerli və beynəlxalq səviyyəli tədbir həyata keçirilib ki, həmin tədbirlərdə də minlərlə gənc iştirak edib. Keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün bu gün Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olurlar.
Çıxışlardan sonra TGT-lərin fəaliyyətinin təkmilləşdirilməsi, problemlər və perspektivlər, TGT-lərin vəzifə və öhdəlikləri, gənclər siyasətində rolu mövzuları panellərdə müzakirə edilib.
Sonda panellər üzrə müzakirələr nəticəsində forumun qətnaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

