Qobustanın içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşır
06.08.2016 [10:18]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib. “Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Qobustan rayonunun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Ümumilikdə layihədən 14 minədək sakin faydalanacaq.
İnşasına 2015-ci il may ayının 10-da başlanılan layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılıb, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik, 7,2 km magistral xəttin isə 6,9 km hissəsində işlər başa çatıb, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarında isə tikinti işləri davam etdirilir.
Şəhər üzrə layihələndirilmiş 61,4 km içməli su şəbəkəsinin 37 km-lik hissəsində işlər başa çatdırılıb, 850-yə yaxın evə birləşmə verilmişdir. Eyni zamanda, 59,2 km kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 1060 ədəd kanalizasiyaya baxış quyusu inşa edilib,1653 ünvana birləşmə verilib.
Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirilməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq gedir, Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin inşası işləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

