Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilir
10.08.2016 [10:08]
Tarif Şurası tərəfindən ümumilikdə qeydiyyatda olan 9 min 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Azərbaycan hökuməti neft gəlirlərinin böyük bir hissəsini ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına, maddi rifah səviyyəsinin daha da yüksəlməsinə, onların ən yüksək sosial xidmət növləri ilə təmin olunmasına yönəldir ki, bunun da başlıca istiqamətlərindən birini tibbi xidmətlər təşkil edir. Son 12 ildə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir. Təbii ki, bütün bunlarla yanaşı, həlli vacib olan məsələlər də var. Bunlardan biri də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsidir. Qeyd edək ki, bu məsələ uzun müddət cəmiyyətdə geniş müzakirə olunub. Çünki bəzi dərman şirkətləri müxtəlif klinikalarla, həkimlərlə işbirliyinə girərək öz məhsullarını pasiyentlərə baha qiymətə satmağa nail olurdular. Belə halların qarşısını almaq üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi istiqamətində sistemli iş apardı. Bunun nəticəsi olaraq artıq konkret tədbirlər görülməkdədir. Belə ki, avqustun 4-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9 min 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7 min 347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2 min 503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək. Beləliklə, bu il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilib, idxal dəyəri ilə ifadədə 44 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizdən çoxunun qiyməti endirilib.
Onu da qeyd edək ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq, Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin olunması, standart formaya uyğun gəlməyən reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılıb. Planda, həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edir. Tədbirlər Planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində müraciətlərin qəbulu üçün elektron səhiyyə, “Qaynar xətt”, əhalidən daxil olan məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, gələcəkdə dərman vasitələrinin saxlanıldığı yerlərdə xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperaturu və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ötürüləcək. Beləliklə, dərmanların keyfiyyətinə nəzarət edilməsi daha operativ şəkildə həyata keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

