Yeni Referendum Aktının tarixi missiyası
06.09.2016 [09:13]
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə geniş ümumxalq müzakirələri əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası milli dövlətçilik təfəkkürünün təntənəsi idi. Hələ uzun müddət Azərbaycan xalqına və dövlətinə yol göstərəcək bu Konstitusiyada edilən dəyişikliklər, prinsip etibarilə, bir mühüm tələbdən irəli gəlir ki, o da ölkənin iqtisadi, ictimai-siyasi və mədəni inkişafı ilə əlaqədar olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi ehtiyacından ibarətdir.
Bu il dövlət müstəqilliyinin iyirmi beş illiyi tamam olan Azərbaycanda referendum keçirilməsi sahəsində kifayət qədər zəngin təcrübə əldə olunmuşdur ki, 2002, 2009-cu illərdə keçirilmiş ümumxalq səsvermələri bunun parlaq göstəricisidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təqdim olunaraq Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasının baxıb rəy verdiyi yeni Referendum Aktı Konstitusiyada hansı dəyişiklikləri etməyi nəzərdə tutur?
Fikrimizcə, ən mühüm məsələlərdən biri ölkədə dövlət idarəçiliyi texnologiyalarının təkmilləşdirilməsindən ibarətdir ki, burada vitse- prezidentlik institutunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Referendum Aktında göstərilir:
“I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.
Azərbaycanda dövlət idarəçiliyində ilk dəfə tətbiq ediləcək bu texnologiya və ya mexanizm, heç şübhəsiz, mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla ali milli idarəçiliyə öz müsbət təsirini göstərəcək, ölkədə demokratizmin inkişafına əhəmiyyətli töhfələrini verəcəkdir.
Məlum olduğu kimi, son illər Azərbaycan Respublikasının müdafiə qüdrətinin yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Və bunun ən mühüm nəticələrindən biri o oldu ki, Ermənistanın uzun zaman davam edən təxribatlarının qarşısı məşhur aprel döyüşlərində müdafiə ilə deyil, məhz hücumla alındı. Azərbaycan ordusu bir daha sübut etdi ki, işğal olunmuş torpaqlarımızı geri qaytarmağa, erməni qəsbkarlarına layiqincə dərs verməyə hər an hazırdır.
Referendum Aktında ölkənin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsi üçün bir sıra müddəalar nəzərdə tutulmuşdur ki, bu da tamamilə təbiidir.
Mühüm məsələlərdən biri də respublikanın iqtisadi-təsərrüfat həyatı ilə bağlı olub xüsusi mülkiyyət hüququnun təkmilləşdirilməsi, onun cəmiyyətin mənafeyinə daha çox tabe etdirilməsi barəsindədir:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.
Əlbəttə, Konstitusiyaya belə bir dəyişikliyin edilməsi, ilk növbədə, dövrün, bu gün dünyada baş verən mürəkkəb iqtisadi proseslərin və həmin proseslərin dünyanın üzvi tərkib hissəsi olan ölkəmizə təsirinin nəticəsidir: həyat bizdən qənaətcil, daha doğrusu, təsərrüfatcıl olmağı tələb edir... İkincisi isə, topraq, ümumiyyətlə, insan oğluna bəxş olunmuş elə bir müqəddəs nemətdir ki, o, heç kimin volyuntar maraqlarına güzəştə gedilə, heç kəsin spekulyativ səlahiyyətinə verilə bilməz.
Nəhayət, Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş (və tədricən daha da gücləndirilməsi əsas məqsədlərdən olan) demokratizmin inkişafını nəzərdə tutur ki, buraya vətəndaşların şəxsi həyatı haqqındakı məlumatların (mahiyyət etibarilə, şəxsi həyatın) qorunması, öz hüquqlarını tələb etmək mexanizmlərinin gücləndirilməsi kimi məsələlər daxildir.
Referendum Aktı vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan dövlətçiliyini möhkəmləndirəcək, Azərbaycan vətəndaşının hüquqlarını genişləndirəcək, ölkənin beynəlxalq nüfuzunu daha da yüksəldəcək və dövlət müstəqilliyinin iyirmi beş illiyi ərəfəsində keçirilən ümumxalq səsverməsi yeni Referendum Aktının tarixi missiyasının gerçəkləşməsi istiqamətində xalqımızın siyasi-mənəvi iradəsini bir daha nümayiş etdirəcəkdir.
Altay CƏFƏROV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

